Qədim türklərdə yas mərasimlərində musiqinin müşayiəti ilə oxunan lirik şeir; ağı, edi.
Yoğ və ya yığ şəklində də işlədilir. İslamdan öncə əksər türk xalqlarında vəfat edәn mәşhur qәhrәmanlar üçün elliklə ağlayıb matәm saxlamaq bir adәt idi. Bu tәziyә mәrasiminә Y. (yuğlamaq – “ağlamaq” sözündәn) deyirdilәr. Yuğçular ağı deyənlər, ediçilər idi, qopuz çalar, rəqs edərdilər. “Y.” sözünә ölü üçün yas saxlamaq mәnasında mәşhur Gültәkin abidәlәrindә rast gәlmәk olur. Bu barədə M.Kaşğarlının “Divanü lüğat-it-türk” əsərində də məlumat vardır. Y. etno-mədəni oyun-tamaşalarının bir növü sayılır. Y. toplantısı üçün camaat bir yerə cəm olurdu. Xüsusi qonaqlıq mərasimi düzəldilirdi, məclisə məşhur yuğçular çağırılırdı. Adətə görə, Y. mərasimini təqdim edən oyunçular beş dəstədən ibarət olurdular: qılıncoynadanlar, çalğıçılar, müğənnilər, ağıçı qadınlar və kişilər.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti