Reklam
Reklam

Etimologiya lüğəti

yun

Yolmaq, yonmaq kəlmələri ilə kökdaşdır. Rus dilindəki руно sözü də рвать kəlməsi ilə qohumdur. Yun (tük, qıl və s.) yonulmalı olan şeydir, ona görə də yon­maq (yolmaq) kəlməsi ilə bağlıdır. Başqa yozum belədir: yunyanmaq sözləri kökdaşdır. Yanmaq kəlməsi köy (göy) ad-feil omonimdən törəyib. Bu baxımdan yun sözü də köy (od, isti, yanmaq) sözü ilə qohum ola bilər. Yunun istilik törət­mə­si də bu mülahizəyə müəyyən əsas verir. Yün kimi də işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti