Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

yurd

Türk dastan yaradıcılığında aşığın söylədiyi giriş hissə, süjet başlanğıcı.

Pişrovdan fərqli olaraq Y. dastanın süjetinə daxildir və nəsrlə verilir. Nümunə: Aşıq Qərib dastanı belə başlayır. “Sizə kimdən deyim, nə yerdən danışım. Təbriz vilayətindən. Təbriz vilayətində Məmməd Söydəgar adında bir kişi vardı. Bunun dünya üzərində bir qızı, iki oğlu vardı. Böyük oğlunun adı Rəsul, kiçiyinin adı Heydər idi. Qızının adı isə Nərgiz xanım idi. Məmməd Söydəgar bir müddət ticarətlə məşğul oldu. O, övladlarını öz tərbiyəsi altında böyüdüb hərəsini müəyyən yaşa yetirdikdən sonra bunları məktəbə qoydu...”

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti