Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zadə [za:də] isim fars

Klassik ədəbiyyatda oğul, övlad mənalarında işlənmişdir. □ Duruyor oxşamaya zadəsini; Sevgili, nazlı xudadadəsini. (M.Hadi).

Qeyd: ..zadə. Əsil mənası “doğulmuş, törəmiş” olub fars mənşəlidir: 1) adətən isimlərə qoşularaq onların əslini, kimdən törədiyini, nəslini bildirir; məsələn, şahzadə (şah nəslindən olan), bəyzadə (bəy nəslindən olan), əsilzadə (zadəgan nəslinə mənsub); 2) xüsusi isimlərə qoşularaq familiya düzəldilir; məs.: Əlizadə, Rəhimzadə, Məmmədzadə....

Azərbaycan dilinin izahlı lüğəti