ər. zahir – xarici görünüş, bayır tərəf
İslamda Quran və sünnənin tələblərinə onların “zahiri”, “hərfi” mənasında riayət etməyi vacib sayan, bu qaydaların hər hansı gizli məna daşıdığını inkar edən təlim.
Z. tərəfdarları müqəddəs mətnlərin alleqorik və rasional şərhinin mümkünlüyü əleyhinədirlər. Təlimin yaradıcısı əl-Zahiri ləqəbli IX əsr Bağdad ilahiyyatçısı Davud ibn Əliəl-İsfahani hesab olunur. Z. məzhəbi X–XIII əsrlərdə müsəlman dünyasında (Xorasandan Əndəlüsədək) geniş yayılıb, lakin XV əsrdən sonra tədricən aradan qalxıb.
Tarix terminləri lüğəti