Reklam
Reklam

Tarix terminləri lüğəti

Zaqatala səddi

Azərbaycanda V–VII əsrlərə aid müdafiə səddi.

Bu sədd indiki Katex kəndinin (Balakən rayonu) qərbindən başlayıb Alazan–Həftəran vadisi boyunca Gürcüstan sərhədinə kimi uzanır. Dağlı tayfaların hücumlarının qarşısını almaq məqsədilə çəkilən Z.S.-nin XIX əsrin I yarısında Şəkiyə qədər davam etdiyi barədə məlumatlar var. Çay daşından hörülmüş səddin divarlarının hündürlüyü 3-4 m, eni isə 1,4-1,45 m olub. Onun Kaspidar və Muxax dərələrindən keçən hissəsində mazğallı bürclər və müxtəlif müdafiə istehkamları qurulub.

Tarix terminləri lüğəti