Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zəğən1 [zəğən] isim fars

Klassik ədəbiyyatda qara qarğa, dolaşa mənalarında işlənmişdir. □ Tərlan yerini zağ və zəğən tutmaz. (Atalar sözü).

zəğən2 [zəğən] isim ərəb

Klassik ədəbiyyatda çənə ortasındakı çuxur mənasında işlənmişdir. □ Könül asayişi, canın rahəti; Gülgəz zənəxdanda, tər zəğəndədir. (M.P.Vaqif).

Azərbaycan dilinin izahlı lüğəti