Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zəncirli [zəncirri] sifət

1. Zənciri olan. □ Zəncirli saat.
2. Zəncirlə bağlanmış, zəncir vurulmuş; əl-ayağında zəncir olan. □ Zəncirli qullar.
3. Məcazi mənada: əl-ayağı bağlı, əsir edilmiş, müti. □ Zəncirlidir qoca qartal; Qanadları qəfəsdədir. (S.Vurğun).
4. Məcazi mənada: dəli. □ Ağıllınız kimdir? – Qabaqda gedən zəncirli. (Atalar sözü).

Azərbaycan dilinin izahlı lüğəti