fars. zər – qızıl + ziba – bəzəkli
1. Bərli-bəzəkli paltar, bahalı parça.
2. Qızıl-gümüş, cəvahirat, qiymətli şeylər. (“Koroğlu” dastanının lüğəti)
Dastanda 2-ci mənada işlənir.
Şəhərin yerində kotan əkərəm,
Zər-zibasın Çənlibelə çəkərəm,
Misri qılınc çəkib al qan tökərəm,
Dəlilərim bu şəhərdə qalıbdı.
(“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikası