Qış, qış fəsli.
Rus dilində zima sözü ilə yaxınlığı hər iki dilin Hind-Avropa dil ailəsinə aid olması ilə bağlıdır.
Eşqin piyaləsin nuş edib qanım,
Məhəbbət rəngində boyanıb qanım,
Daim zimistanda keçməsin günüm,
Baharın fəslində gülzar istərəm.
(“Leyli və Məcnun”)
*
Kaman qurub, oğrun durub,
Mənə işvə-naz eyləyir.
Corab toxur, cəh-cəh oxur,
Qumrutək avaz eyləyir.
Yanağı gül, saçı sünbül,
Zimistanı yaz eyləyir.
(“Qurbani”)
Azərbaycan dastanlarının leksikası