Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zireh [zireh] isim fars

1. Arxaizm. Ox və s. yaralayıcı silahlardan qorunmaq üçün döyüşçülərin üstdən geydikləri dəmir tordan, yaxud qalın dəridən geyim. □ ..İri vücudlu kor bir dilənçi iki əli ilə zirehi silkələyərək qışqırırdı. (S.Hüseyn).
2. Hərbi gəmilərdə, tanklarda və s.-də xüsusi polad laylardan ibarət möhkəm qoruyucu örtü. □ Polad zireh.
3. Zoologiya. Bəzi heyvanların (tısbağa, timsah və b.) bədənini örtən bərk qabıq. □ Tora qara rəngli dəri zirehi olan nəhəng bağa düşmüşdü.

Azərbaycan dilinin izahlı lüğəti