1. Bir endə olan uzun forma, bir şeyin bir endə olan dar, uzun parçası. □ Kağız zolağı.
2. Enli xətt. □ Parçada qırmızı zolaqlar.
3. Bir şeyin buraxdığı uzun, ensiz iz; xətt; zol. □ İşıqlanıb al zolağı; Parlayanda göy qurşağı; Birnəfəsə çıxdıq dağı. (M.Dilbazi).
4. Bir sahənin, səthin və başqa bir şeyin ümumi fon üzərində hər hansı bir əlaməti ilə fərqlənən uzanmış hissəsi. □ Qara tüstü zolaqları.
5. Bir şeyin uzanıb gedən qismi; qurşaq, zona, sahə. □ Səhra zolaqları.
6. Arxaizm. Kolxozlar təşkil olunmadan əvvəl kənd torpağının ayrı-ayrı kəndliyə məxsus olan dar şum sahəsi.
See also: