Ali dövlət hakimiyyətinin təşkili üsulu.
D.İ.F. ali hakimiyyət orqanlarının strukturunu, onlar arasında səlahiyyətlər bölgüsünü, habelə yerli hakimiyyət orqanlarının yaradılması prinsiplərini özündə əks etdirir. İki cür D.İ.F. var: monarxiya və respublika. Lakin təcrübədə monarxiya və respublikanın da fərqli formalarına rast gəlinir.
Tarix terminləri lüğətiTəhkimçilik Rusiyasında dövlət orqanları tərəfindən idarə olunan, lakin şəxsən azad sayılan xüsusi kəndli təbəqəsi.
Çar I Pyotrun fərmanlarına əsasən, bu təbəqə təhkim olunmamış kəndlilərin qalıqlarından formalaşdırılıb. D.K. xəzinəyə məxsus torpaqlarda yaşayıblar və dövlətə feodal rentası ödəyiblər. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra xan torpaqlarında işləyən kəndlilər də D.K. adlandırılıb.
Tarix terminləri lüğətiyun. drachme
1. Qədim Yunanıstanda çəki və pul vahidi.
Çəki vahidi olaraq D.-nın göstəricisi müxtəlif şəhər-dövlətlərdə 4–7 q arasında dəyişib. Gümüş sikkə kimi isə o, e.ə. VI əsrdən kəsilməyə başlanıb, çəkisi öncə – 4,25 q, sonra 4,32 q olub.
2. 1883-cü ildən 2002-ci il yanvarın 1-dək Yunanıstanın pul vahidi.
Yunanıstanın Avropa İttifaqına daxil olması ilə əlaqədar D.-nı avro əvəzləyib.
3. Keçmişdə apteklərdə istifadə olunan, hazırda isə dövriyyədən çıxmış çəki vahidi.
İngilis ölçü sistemində 1 aptek D.-sı 3,888 q, ruslarda 3,732 q təşkil edib.
4. İngilis ölçü sistemində kütlə vahidi.
Bir ticarət D.-sı təqribən 1,772 q-a bərabər olub.
Tarix terminləri lüğətiQədim Yunanıstanın e.ə. 621-ci ildə afinalı Drakon tərəfindən tərtib edilmiş ilk yazılı qanun toplusu.
D.Q. həddindən artıq sərt olduğu üçün əhali onları «qanla yazılmış qanunlar» adlandırıb. Burada təsadüfən adam öldürmüş şəxsin şəhərdən qovulması, bilərəkdən qətl törətmiş şəxsin isə edam edilməsi nəzərdə tutulub. Qanunlar varlıların mənafeyini də gözləyib: zərər çəkmiş tərəfə pul ödənilməsi yolu ilə məsələnin dinc həlli variantı mümkün sayılıb. Eyni zamanda D.Q. qan davasını məhdudlaşdırıb, qatilin özbaşına cəzalandırılmasını qadağan edib. Bu qanunlar, əsasən, Solonun islahatlarına qədər (e.ə. 594-cü ilədək), onların müəyyən müddəaları isə islahatlardan sonra da qüvvədə qalıb. Yiyəlik halında toplu müəllifinin adı yunanca «Drakontos» (Drakontun) kimi səsləndiyi üçün həmin sənədə bəzən «Drakontun qanunları» da deyilir.
Tarix terminləri lüğətiit. Duce – lider, rəhbər
İtaliyada lider və ya rəhbərə verilən titul.
XIX əsrin 60-cı illərində İtaliyanın birləşdirilməsi uğrunda vuruşmuş Cüzeppe Qaribaldini silahdaşları D. adlandırıblar. Lakin o bu titulu qəbul etməyib. 1915-ci ildə İtaliya kralı III Viktor Emmanuel silahlı qüvvələrin baş komandanı kimi özünü D. elan edib. I Dünya müharibəsindən sonra tanınmamış Fiume Respublikasının rəhbəri, məşhur italyan şairi Qabriele d’Annunsio da eyni titulu daşıyıb. Lakin titulun məşhurlaşması İtaliya faşistlərinin lideri B.Mussolininin xidməti sayılır. 1925-ci ildə rəsmən D. titulunu qəbul etdikdən sonra Mussolini onu ömrünün sonuna kimi daşıyıb. Məhz bu səbəbdən – Mussolini və faşizmlə assosiasiya doğurduğu üçün müasir italyan siyasətçiləri həmin termindən istifadə etmir, onu sinonim və əcnəbi dillərdən alınmış sözlərlə əvəzləyirlər.
Tarix terminləri lüğətirus. духобор < дух – ruh + борьба – mübarizə
Rusiyada XVIII əsrin II yarısında yaranmış dini sekta.
D. özlərini “müqəddəs ruh uğrunda mübarizlər” adlandırırlar. Onlar pravoslav kilsəsinin ayin və mərasimlərini, din xadimlərini, eləcə də rahibliyi qəbul etmirlər. Bu sektanın üzvləri öz icma başçılarını ilahiləşdirirlər. D. hakimiyyətə tabe olmaqdan və hərbi xidmətdən imtina etdikləri üçün çar hökuməti tərəfindən təqib olunublar və Rusiyanın müstəmləkə ucqarlarına sürgünə göndəriliblər. 1841–1845-ci illərdə Azərbaycan və Gürcüstan ərazisinə də təqribən 5 min D. sürgün edilib. Azərbaycanda onlar, əsasən, indiki Gədəbəy rayonunun ərazisində (Slavyanka kəndi) yerləşiblər. Rusiya D.-ının əksəriyyəti isə XIX əsrin sonunda Kanadaya mühacirət edib.
Tarix terminləri lüğətiit. ducato – hersoqluq
İtaliyada orta əsrlərdə dövriyyədə olmuş gümüş, sonralar isə qızıl sikkə.
İlk dəfə 1140-cı ildə Venesiyada kəsilən gümüş D. 1284-cü ildən 3,4 q ağırlığında qızıl sikkəyə çevrilib. Tezliklə o, İtaliya hüdudlarından kənara çıxıb, bir çox Avropa ölkələrində də (bəzən «tsexina» və ya «florina» adı ilə) buraxılmağa başlanıb. I Pyotra qədərki dövrdə Rusiyada D. çervon adlanıb. Azərbaycanda isə Niderland D.-larını «bacaqlı» adı ilə işlədiblər.
Tarix terminləri lüğətiQidanın qəbulu və ərzaq məhsullarının saxlanması üçün gil qabların hazırlanması ilə məşğul olan, ilkin Neolit dövründə yaranmış sənətkarlıq növü.
D. ibtidai insanın yaşamaq uğrunda mübarizə bacarığını xeyli artırıb, ona bişirilmiş isti yeməklər hazırlamaq imkanı verib. Buna görə o, bəşəriyyət tarixində ən böyük ixtiralardan biri hesab olunur. Azərbaycanda D. Tunc dövründən başlayaraq yayılıb.
Tarix terminləri lüğətiMüstəmləkəçilik dövründə Hindistanda ingilislərin duz hasilatı və satışı üzərində inhisarına qarşı vətəndaş itaətsizliyi aksiyası, satyaqraxa (müstəqillik uğrunda qeyri-zorakı yolla mübarizə) taktikasının bir epizodu.
Duz inhisarına etiraz bildirmək üçün 1930-cu il martın 12-də Əhmədabad yaxınlığından yürüşə başlayan M.Qandi və onun 79 yaxın silahdaşı piyada uzun yol qət ediblər və həmin il aprelin 5-də Ərəbistan dənizi sahilindəki Dandi kəndinə çatıblar. Həmin yürüşdə Qandi və silahdaşlarını minlərlə kəndli müşayiət edib. Dəniz sahilində D.Y.-nün iştirakçıları buxarlanma üsulu ilə sudan duz almağa başlayıblar və nümayişkaranə şəkildə buna görə vergi ödəməyiblər. Daha sonra yürüş iştirakçıları sahil boyunca cənuba doğru irəliləyiblər, Hindistanın əsas duz istehsalı mərkəzlərindən birində aksiya keçirməyi planlaşdırıblar. Lakin 1930-cu il mayın 4-dən 5-nə keçən gecə Qandinin həbsi bu planı pozub. Dünya mətbuatında böyük əks-səda doğurmuş, bir il davam edən D.Y. Qandinin azad olunması ilə bitib. Yürüş zamanı 80 mindən çox hindistanlı ingilislər tərəfindən həbsə atılıb.
See also:
Tarix terminləri lüğətiII Dünya müharibəsi gedişində alman ordusu tərəfindən mühasirəyə alınmış ingilis və qismən fransız qoşunlarına tam darmadağın edilmək təhlükəsindən xilas olmaq imkanı verən əməliyyatın adı.
Almanlar ingilis-fransız qoşun birləşmələrini Dünkerk rayonunda sahilə doğru sıxışdırsalar da, limana – şəhərə cəmi 20 km qalmış Hitler qəflətən hücumu dayandırmaq əmri verib. Bu, 1940-cı ilin may-iyun aylarında 300 mindən çox canlı qüvvəni almanların gözü qarşısında təxliyə etmək üçün ingilislərə imkan yaradıb. Həmin hadisə tarixə D.M. adı ilə daxil olub. Bəzi tarixçilərin fikrincə, Hitler rəqib qoşunlarının xilas olmasına şüurlu şəkildə yol açmaqla Böyük Britaniya ilə sülh sazişi imzalanmasını sürətləndirməyə çalışıb.
Tarix terminləri lüğəti