qəd. mis. per-o – hərfi mənası: böyük ev; ilk öncə “hökmdar sarayı” anlamında işlənib
Qədim Misir hökmdarlarının titulu.
Əslində isə F. titulu yalnız Misirdə XXII sülalə dönəmində (e.ə. X əsr) istifadə edilməyə başlanıb və e.ə. I əsrin ortalarında xüsusilə geniş yayılıb. Ona kimi Qədim Misir hökmdarları “nebtaui” (“iki torpağın hakimi”) və ya “nesu-biti” (“Aşağı və Yuxarı Misirin sahibi”) adlandırılıblar.
Tarix terminləri lüğətiər. – qərar, rəy
Hər hansı qaydanın, yaxud dolaşıq, mübahisəli məsələnin şəriət nöqteyi-nəzərindən izahına və praktikada tətbiqinə həsr edilmiş dini-hüquqi qərar, hökm.
Adətən, yalnız ən nüfuzlu və yüksəkrütbəli din xadimlərinin (müftinin, şeyxülislamın) F. vermək hüququ olur. Bütün dindarlar üçün məcburi olan F. yalnız şəriət prinsipləri əsasında qəbul edilə bilər.
Tarix terminləri lüğətiholl. vlagman < vlag – bayraq + man – insan
1. Donanma və ya gəmi birləşmələrinin (eskadra, diviziya) komandanı.
2. Komandanın olduğu, donanmanın əsas gəmisinin (flaqman gəmisi) qısaldılmış adı.
3. Məcazi mənada: hər hansı bir sahədə liderlik edən şirkət, təhsil müəssisəsi, idman klubu və s.
Tarix terminləri lüğətiyun. phobos – qorxu, vahimə
1. Bir şey qarşısında hədsiz təşviş, irrasional qorxu.
2. Bir şeyə qarşı həddən artıq dözümsüz münasibət.
3. Mürəkkəb sözlərin nəyəsə qarşı qorxu, nifrət, eləcə də düşmənçilik və dözümsüzlük bildirən tərkib hissəsi; məs.: islamofobiya (islama aid olan hər şeyə qarşı qatı nifrət, düşmənçilik).
Tarix terminləri lüğətiing. folklore < folk – xalqa aid olan + lore – ənənəvi biliklər
İnsanlar arasında, əsasən, şifahi formada yayılan xalq yaradıcılığı məhsullarının məcmusu.
Xalqın kollektiv bədii və yaradıcılıq fəaliyyətinin nəticəsi olan F. bir neçə şaxəyə – şifahi xalq ədəbiyyatına (nağıllar, dastanlar, əfsanələr, bayatılar və s.), təsviri və dekorativ-tətbiqi sənət nümunələrinə, habelə musiqiyə, rəqslərə və s. növlərə ayrılır. F.-un daşıyıcıları, əsasən, kənd əhalisi olur. F. terminini ilk dəfə 1846-cı ildə ingilis alimi U.Toms işlədib.
See also:
Tarix terminləri lüğətiing. folklore < folk – xalqa aid olan + lore – ənənəvi biliklər + fars. şünas – mürəkkəb sözlərin «hər hansı sahə ilə məşğul olan» anlamı verən tərkib hissəsi
Folklor nümunələrinin toplanması, nəşri, təsnifatı və tədqiqi ilə məşğul olan elm sahəsi.
Etnoqrafiya, filologiya və musiqişünaslığın sərhədində yerləşən F. Avropada qədim miflərə artan maraqla əlaqədar XVIII əsrin sonu – XIX əsrin əvvəlində formalaşıb.
Tarix terminləri lüğətilat. fortificatio < fortis – möhkəm, güclü + facio – edirəm
Qoşunların döyüş mövqelərini möhkəmlətmək, silahlı qüvvələri, mühüm obyektləri və əhalini düşmən hücumundan qorumaq məqsədilə müdafiə qurğuları yaradılması üzrə hərbi mühəndislik sənətinin bir sahəsi.
F. qurğuları çox qədimdən (Misirdə Memfis qalası, Böyük Çin səddi, Gilgilçay səddi və s.) məlum olsalar da, bu termin özü XVI–XVII əsrlərdə meydana gəlib. İstehkam, səngər, süni su maneələri, minalanmış sahələr və s. F. qurğularına misal ola bilər.
See also:
Tarix terminləri lüğətilat. forum – hərfi mənası: sərdabənin önü, bazar meydanı, mərkəzi meydan
1. Qədim Roma şəhərlərində bazar meydanı.
Məbədlər və inzibati binalarla əhatələnmiş F.-lar şəhərlərdə ictimai-siyasi həyat mərkəzləri olub. Onların arasında ən tanınmışı Roma F.-u sayılır. İlk öncə Roma F.-unda yalnız bazar yerləşsə də, sonralar burada xalq məclisləri təşkil olunmağa başlanıb, senatın iclaslarını keçirmək üçün bina inşa edilib. Beləliklə, F. siyasi funksiya da daşımağa başlayıb.
2. Qlobal məsələlərin müzakirəsi məqsədilə təşkil olunmuş kütləvi yığıncaq, böyük tədbir; məs.: dünya gənclərinin beynəlxalq F.-u.
Tarix terminləri lüğətilat. Thraci
Qədim dövrdə Balkan yarımadasının şimal-şərqində və Kiçik Asiyanın şimal-qərbində məskunlaşmış hind-Avropa mənşəli tayfalar qrupu.
Bu qrup daklardan, odrislərdən, getlərdən, besslərdən və bir çox digər tayfalardan ibarət olub. Əkinçilik və maldarlıqla (əsasən, atçılıqla) məşğul olan F. arasında metal emalı ilə bağlı sənət növləri də yüksək səviyyədə inkişaf edib. Eramızın I minilliyində, Xalqların böyük köçü zamanı digər tayfalarla qaynayıb-qarışan F.-ın bir sıra müasir xalqların (bolqarlar, rumınlar və b.) etnogenezində iştirakı olub.
Tarix terminləri lüğətilat. fractio – xırdalanma, parçalanma
1. İlkin mənasında peşə, sex maraqları əsasında birləşmiş insanlar qrupu.
2. Hər hansı siyasi partiyanın daxilində təşkilatın əsas xəttindən fərqlənən siyasi platformaya malik olan qrup.
3. Parlamentdə və ya ictimai təşkilatlarda öz siyasi xəttini gerçəkləşdirmək məqsədilə birləşmiş deputatlar, nümayəndələr qrupu.
Parlament F.-sına bir və ya bir neçə partiyanı təmsil edən deputatlar daxil ola bilərlər. Belə F.-ların yaradılması qaydaları müxtəlif ölkələrdə fərqlidir və konstitusiya, xüsusi qanun, yaxud parlamentin reqlamenti ilə tənzimlənir. Azərbaycan Milli Məclisinin daxili nizamnaməsinə görə, F. kimi fəaliyyət göstərmək üçün deputatların ən azı 1/5 hissəsinin, yəni 25 deputatın iştirakı tələb olunur.
Tarix terminləri lüğətiisp. Franquismo
İspaniyada 1936–1939-cu illərin vətəndaş müharibəsində qalib gələrək hakimiyyətə gəlmiş və 1975-ci ilə qədər dövlət başçısı olmuş general F.Frankonun diktatura sistemi, habelə bu sistemin ideoloji əsasları.
Frankonun qurduğu rejim italyan faşizmi və alman nasional-sosializmi qədər sərt totalitar mahiyyət daşımayıb. F. üçün personalizm xarakterik olub: onun əsasında konkret bir ideologiya deyil, öz ölkəsində «kaudilyo» (rəhbər) adlandırılan generalın şəxsiyyəti dayanıb. Həmin dövrdə İspaniyada konstitusiya da olmayıb, onu Frankonun verdiyi qanunlar əvəzləyib. Eyni zamanda ölkə ciddi dəyişikliklərə məruz qalıb. Kütləvi repressiyaların həyata keçirildiyi ilkin mərhələdən fərqli olaraq sonrakı dönəmlərdə F.-də xeyli mülayimləşmə müşahidə olunub. İspaniya iqtisadi cəhətdən inkişaf edib, 1960-cı illərin stabilizasiya planı isə tarixdə «ispan möcüzəsi» adı ilə tanınıb. Bu səbəbdən müasir tədqiqatçılar arasında F.-in təsnifatı mübahisələr doğurur: bəziləri onu faşizmin bir növü, digərləri avtoritarizmin konkret forması kimi qiymətləndirir.
Tarix terminləri lüğətilat. Franci
Eramızın əvvəllərində Reyn çayının orta və aşağı axarlarında yaşamış qərbi german tayfaları qrupu.
F. termininin etimologiyası bu günə kimi tarixçilər arasında mübahisə doğurur. Bəziləri onun “gəzib-dolaşan”, digərləri – “igid”, üçüncülər – “məğrur”, dördüncülər – “vəhşi” anlamı verdiyini göstərirlər. Saliça (lat. salis – dəniz sahili) və ripuar (lat. ripa – çay kənarı) tayfalarından ibarət olan F. V əsrin əvvəlində Qalliyanı işğal edərək Frank dövləti (V-IX əsrlər) yaradıblar. Sonralar F. tədricən öz etnik özəlliklərini itiriblər və hollandların, flamandların, fransızların, vallonların, digər Avropa xalqlarının etnogenezində iştirak ediblər.
Tarix terminləri lüğəti