lat. imperium – hakimiyyət, hökmranlıq
Müxtəlif xalqları və əksəriyyəti müstəmləkələrdən ibarət əraziləri vahid siyasi mərkəzə malik bir dövlətdə birləşdirən, regionda və dünyada mühüm rol oynayan, adətən, monarxiya, yaxud diktatura üsuli-idarəsi hökm sürən qüdrətli ölkə.
Əsasən, imperatorların başçılıq etdikləri monarxiya dövlətlərini (Qərbi Roma, Bizans, Yaponiya və s.), habelə çoxlu müstəmləkəsi olan iri dövlətləri (Osmanlı, Britaniya və s.) İ. adlandırırlar.
See also:
Tarix terminləri lüğətiing. impeachment – etimadsızlıq < lat. impedivi – qarşısını alma, əngəlləmə
Dövlət başçısı da daxil olmaqla yüksəkvəzifəli məmurlara etimadsızlıq göstərilməsi, habelə onlara qarşı məhkəmə qaydasında ittiham irəli sürülməsi proseduru.
İ. rəhbər şəxslərin vəzifədən kənarlaşdırılması məqsədilə həyata keçirilir. Bu prosedur XVI əsrdə İngiltərədə kral favoritlərinin özbaşınalığını məhdudlaşdırmaq üçün yaradılıb. Həmin dövrdə icmalar palatası kralın nazirlərini məhkəməyə vermək hüququ əldə edib. Halbuki əvvəllər eyni səlahiyyət yalnız krala məxsus olub. Britaniya qanunlarından bu məfhum ABŞ konstitusiyasına keçib. ABŞ-da İ. konqresin aşağı palatası tərəfindən senat qarşısında federal vəzifəli məmurlar (hakimlər və prezident də daxil olmaqla) əleyhinə ittiham irəli sürülməsini nəzərdə tutur. Burada senat məhkəmə instansiyası funksiyasını yerinə yetirir, prezidentə isə onun hökmlərini ləğv etmək səlahiyyəti verilmir.
Tarix terminləri lüğətialm. Reichsritter
“Müqəddəs Roma imperiyası”nda bilavasitə imperatordan aldığı len sahibi olan orta və ya xırda feodal.
İ.C.-ləri bilavasitə imperatorun vassal asılılığında olublar, müvafiq töycülər ödəyiblər. Əsasən, Almaniyanın cənub və qərb vilayətlərində onlar öz malikanələri hüdudlarında dövlət hakimiyyətinin yerli nümayəndələri səlahiyyətlərinə malik olublar. Lakin bu feodalların əksəriyyəti knyazlarla rəqabətə davam gətirməyərək onlardan asılı vəziyyətə düşüb. 1806-cı ildə imperiyanın ləğvindən sonra İ.C.-lərinin malikanələri Reyn ittifaqı dövlətlərinin tərkibinə daxil edilib.
Tarix terminləri lüğətiXI–XIII əsrlərdə Don və Dunay çayları arasındakı ərazilərdə, eləcə də Şimali Qafqazda məskunlaşmış qıpçaq tayfalarından biri.
Tarixi qaynaqlarda bu tayfanın adı “əncələr” kimi də çəkilir. XIII əsrin I yarısında İ.-in bir qismi qıpçaqların tərkibində Azərbaycana gəlib. Azərbaycanda İncə və İncədağ (Şəki), İncəsu (Qazax), İncəçay və İncəgöl (Cəbrayıl), bəzi digər toponimlərin həmin tayfa ilə bağlılığı ehtimal edilir.
Tarix terminləri lüğəti1. Orta əsrlərdə Monqolustanda qızlara verilən cehiz.
2. Çingiz xanın nəslindən olan şahzadələrin mülk sahibliyi.
Sonralar İ. termini monqol işğalına məruz qalmış ölkələrdə də geniş yayılıb.
3. Elxanilər dövründə Azərbaycanda və bir sıra qonşu ölkələrdə hökmdara və xan nəslinin nümayəndələrinə məxsus torpaqlar.
Bu mənada İ. “xass” termininin sinonimi sayıla bilər.
Tarix terminləri lüğətilat. indulgeo – səbir etmə, icazə vermə
Katolik kilsəsində günahların tam və ya qismən bağışlanması, eləcə də kilsənin bu haqda verdiyi sənəd, şəhadətnamə.
İ.-nın kilsə tərəfindən satılması XII–XIII əsrlərdə xüsusilə geniş miqyas alıb. Hər dindar həm özü, həm də mərhumları üçün İ. əldə edə bilib. İ. satışının ləğvi Reformasiyanın əsas tələblərindən biri olsa da, buna son qoyulmayıb.
Tarix terminləri lüğətilat. inflatio – şişmə, qabarma, köpmə
Əmtəə və xidmətlərin qiymətinin ümumi səviyyəsinin yüksəlməsi.
İ. nəticəsində eyni məbləğdə pula əvvəlkinə nisbətən daha az mal və xidmətlər almaq olur. Bu isə pulun alıcılıq qabiliyyətinin aşağı düşməsinin, onun dəyərsizləşməsinin göstəricisidir. Daha uzunmüddətli və davamlı proses olan İ. adi qiymət sıçrayışlarından fərqlənir. O heç də iqtisadiyyatda bütün qiymətlərin ucdantutma artımı demək deyil: belə şəraitdə ayrı-ayrı əmtəə və xidmətlərin qiymətləri azala, yaxud eyni səviyyədə qala bilər. İ. yalnız qiymətlərin ümumi indeksi artdıqda baş verir və deflyasiyanın əksi sayılır.
Tarix terminləri lüğətilat. infra – aşağı, alt + lat. struktura – quruluş, vəziyyət
Maddi istehsal prosesini və cəmiyyətin normal həyat fəaliyyətini təmin etmək məqsədilə yaradılmış kompleks təsərrüfat sahələri, xidmətlər şəbəkəsi, kommunikasiya sistemləri.
İstehsal istiqamətli İ.-a ticarət, kommunal-təsərrüfat, ictimai iaşə müəssisələri və s., qeyri-istehsal istiqamətli İ.-a təhsil, elm, mədəniyyət, səhiyyə, idman müəssisələri, müdafiə, hüquq-mühafizə, idarəçilik sistemləri və s., kommunikasiya istiqamətli İ.-a nəqliyyat, poçt, rabitə xidmətləri və qurğuları daxildir. Əhalinin normal həyat fəaliyyətini təmin edən sahə və müəssisələrin məcmusu sosial İ., silahlı qüvvələrin fəaliyyətinin vacib şərti olan stasionar obyekt və tikililərin məcmusu hərbi İ. və s. adlanır.
Tarix terminləri lüğətiər. – məhdudlaşdırma
Müəyyən sahədə müstəsna hüquqlara malik təşkilat, yaxud hər hansı xidmətin, məhsulun istehsalı və satışına nəzarət edən müəssisə.
İ. termininin Avropa dillərində qarşılığı olan “monopoly” anlayışının kökündə yunan sözləri “monos” (tək, tənha) və “poleo” (satmaq) durur. Bu mənada inhisarçılıq hər hansı məhsul və ya xidmətin yalnız bir şəxs, yaxud şirkət tərəfindən təqdim edilməsini nəzərdə tutur. Tarixdə ilk İ.-lar ayrı-ayrı müəssisələrə müstəsna satış hüququ vermiş dövlət orqanlarının özləri tərəfindən yaradılıb.
Tarix terminləri lüğətiYüksək səviyyədə iqtisadi və ictimai inkişafa nail olmuş müstəqil ölkələr qrupu.
Bu ölkələr ümumi daxili məhsulun həcminə, adambaşına düşən gəlirə görə dünyada aparıcı yerlər tutur, milli iqtisadiyyatın strukturu, dünya bazarında hakim mövqeləri ilə başqalarından fərqlənir. İEÖ-in beynəlxalq səviyyədə qəbul olunmuş ümumi tərifi yoxdur, lakin BMT və Beynəlxalq Valyuta Fondu kimi böyük təşkilatlar onların sırasına, əsasən, Avropanın, Şimali Amerikanın, qismən Asiyanın, Okeaniyanın 40-60 ölkəsini, o cümlədən Avstraliyanı daxil edirlər.
See also:
Tarix terminləri lüğətiSosial-iqtisadi inkişafda dünyanın aparıcı ölkələrindən geri qalan, istehsal vasitələrinin çatışmazlığı, aqrar sektorun iqtisadiyyatda böyük həcmi, emal sənayesinin zəif inkişafı, əhalinin yüksək artım sürəti, işsizlərin sayının çoxluğu və s. ilə xarakterizə olunan müstəqil ölkələr qrupu.
Belə ölkələrdə ümumi daxili məhsulun həcmi və adambaşına düşən gəlir aşağı olur. Onların əksəriyyətinin iqtisadiyyatı yalnız bir məhsulun istehsal və ixracı üzərində qurulur. İEOÖ-i çox vaxt “üçüncü dünya” ölkələri də adlandırırlar. BMT Asiya, Afrika və Latın Amerikasının əksər dövlətlərini bu sıraya daxil edir.
See also:
Tarix terminləri lüğətiisp. inca, inga
XI–XIII əsrlərdə Peruda (Cənubi Amerika) məskunlaşaraq 1438-ci ildə yaranmış qüdrətli İnklər imperiyasında (Tauantinsuyu dövlətində) hakim etnik qüvvəyə çevrilən hindu tayfası.
İ. imperiyası müasir Peru, Boliviya, Ekvador, Çilinin şimal və Argentinanın şimal-qərb ərazilərini əhatə edib. Hindular yalnız imperatoru “İnka” adlandırsalar da, konkistadorlar bu termindən bütün tayfanın ekzoetnonimi kimi istifadə etməyə başlayıblar. İ. isə özlərinə “kapak-kuna” (böyük, şöhrətli) deyiblər. Onlar Cənubi Amerikanın ən qədim və yüksək inkişaf etmiş sivilizasiyalarından birinin yaradıcıları sayılırlar. İspanlar tərəfindən fəth olunmuş İ. keçua xalqının tərkibinə daxil olublar.
Tarix terminləri lüğəti