ər. – barıtqabı
Kişi çuxalarının döş hissəsinə tikilən uzunsov, arakəsmələri olan cib.
XX əsrin əvvəllərinədək V. Qafqazda, o cümlədən Azərbaycanda geniş yayılıb. Öncə V. patron taxılması üçün nəzərdə tutulub, patrondaş meydana çıxdıqdan sonra isə milli geyim ünsürü kimi qalıb.
Tarix terminləri lüğətidanim. Vikinger; isveç. Vikingar; norv. Vikingene
VIII əsrin sonu – XI əsrin ortalarında skandinaviyalıların dəniz yürüşlərinin iştirakçıları.
Skandinaviya ölkələrində onları V., Qərbi Avropada isə normanlar adlandırıblar. Gəmiçiliyin inkişafı hələ qədimdən mahir dənizçilər olan V.-ə təkcə Baltik dənizində deyil, həm də Şimali Atlantika və Aralıq dənizi sularında üzmək imkanı verib. İlkin mərhələdə (VIII əsrin sonu – IX əsr) V.-in yürüşlərində qarətçilik məqsədi əsas yer tutsa da, IX əsrin sonlarından başlayaraq onlar zəbt olunmuş ərazilərin tədricən məskunlaşdırılmasına başlayıblar. X əsrin sonunda Qrenlandiyanı kəşf etmiş V. oradan Şimali Amerika sahillərinə qədər çatıblar. Elə həmin dövrdə Skandinaviya ölkələrində kral hakimiyyətinin formalaşması prosesi başlayıb. V.-in yürüşləri XI əsrin ortalarında başa çatsa da, onların varisləri sayılan Normandiya sakinləri həmin əsrin II yarısında İngiltərə, eləcə də Cənubi İtaliya və Siciliyanı tutublar. 1130-cu ildə onlar burada Siciliya krallığının əsasını qoyublar. Bəzi ehtimallara görə, V. termini qədim norveç dilində “limandan olan adam” anlamını verən “vikingr” sözündən yaranıb. Digər mülahizəyə əsasən, bu termin qədim norveç dilindəki “vikja” (“tərk etmək, uzaqlaşmaq”) sözündən əmələ gəlib.
Tarix terminləri lüğətialqonkin. wikewam – hərfi mənası: “onların evi”
Şimali Amerikanın meşə zonasında yaşayan hindularda – alqonkinlərdə günbəzvarı formaya malik koma, alaçıq.
V.-ı tikərkən dairəvi və ya oval formalı xətt boyunca yerə çubuqlar basdırır, onların yuxarısını birləşdirir və üstünü budaq, ağac qabığı, eləcə də həsirlərlə örtürlər. Böyük V.-larda 30-dək insan yaşaya bilir. Hazırda belə komalardan yalnız ənənəvi mərasimlərin keçirilməsi üçün istifadə edilir.
Tarix terminləri lüğətiər. – əyalət, məmləkət, ərazi
1. Hər hansı ölkənin ərazisinin müəyyən hissəsi.
V.-in sərhədləri bir sıra mühüm amillərə – təbii şəraitinə, tarixi ənənələrinə, əhalinin etnik tərkibinə, inzibati-siyasi əhəmiyyətinə, iqtisadi xüsusiyyətlərinə və s.-yə görə müəyyənləşdirilir. Azərbaycanda bir sıra tarixi V.-lər (Şirvan, Qarabağ, Şəki və s.) mövcud olub.
2. Bəzi ölkələrdə inzibati-ərazi vahidi.
1864–1960-cı illərdə V. Türkiyədə əsas inzibati-ərazi vahidi olub. 1952-ci il aprelin 3-dən 1953-cü il aprelin 24-dək mövcud olmuş inzibati-ərazi bölgüsünə görə, Azərbaycan ərazisi Bakı və Gəncə V.-lərinə bölünüb.
Tarix terminləri lüğətilat. villa – malikanə
Orta əsrlərdə Qərbi Avropada feodaldan asılı kəndlilərin müxtəlif kateqoriyaları.
Fransa, Almaniya və İtaliyada V. digər kəndli kateqoriyaları ilə müqayisədə hüquqi və əmlak cəhətdən daha yaxşı vəziyyətdə olublar. Bu ölkələrdə irsən keçən mükəlləfiyyətlər V.-a şamil edilməyib və onların digər votçinaya, şəhərə, yaxud azad ərazilərə köçmək imkanı nisbətən geniş olub. İngiltərədə isə V. daha sərt feodal asılılığında yaşayıblar. Burada V. lordun təyin etdiyi istənilən mükəlləfiyyəti yerinə yetirməli olublar və ağır biyar işlərinə cəlb ediliblər. Bundan başqa, onların öz torpaq sahəsini tərk etmək hüququ xeyli məhdudlaşdırılıb.
See also:
Tarix terminləri lüğətiII Dünya müharibəsi dövründə (1939–1945) Fransada 1940-cı ilin iyulundan 1944-cü ilin avqustunadək mövcud olmuş nasistpərəst rejimin tarix ədəbiyyatında adı.
A.F.Petenin başçılıq etdiyi kollaborasionist hökumət Vişi şəhərində yerləşdiyi üçün belə adlandırılıb. Fransa ərazisinin təqribən 1/3 hissəsi bu hökumətin nəzarəti altında olub. Ölkənin müttəfiqlər tərəfindən nasistlərdən azad edilməsi nəticəsində V. 1944-cü ilin avqustunda süqut edib.
See also:
Tarix terminləri lüğətiII Dünya müharibəsi (1939–1945) dövründə nasist Almaniyası tərəfində sovet ordusuna qarşı vuruşan Rusiya azadlıq ordusunun (Русская освободительная армия – РОА) döyüşçüləri.
Orduya general-leytenant A.Vlasov başçılıq etdiyi üçün o belə adlandırılıb. Sovet təbliğatı V.-ı vətən xainləri kimi qələmə verib, lakin onlar vətənə qarşı deyil, sovet rejiminə qarşı vuruşduqlarını iddia ediblər. V. ordusunda 120-130 min döyüşçü olub.
Tarix terminləri lüğətifr. volontaire < lat. voluntarius – könüllü
1. Könüllü olaraq hərbi xidmət keçən şəxs.
Bir sıra dövlətlərdə V.-luq sistemi ümumi hərbi mükəlləfiyyət həyata keçirilənədək ordunun komplektləşdirilməsində mühüm rol oynayıb. XVIII əsr – XIX əsrin I yarısında Habsburqlar imperiyası, Fransa və İtaliya ordularında V.-lardan ibarət xüsusi batalyon və polklar fəaliyyət göstərib. XIX əsrin II yarısında V.-luq sistemi əksər dövlətlərdə öz əhəmiyyətini itirib. Yalnız Böyük Britaniya və ABŞ-da bu sistem ordunun komplektləşdirilməsi üsulu kimi, bəzi dövlətlərdə isə nizami orduya əlavə əsgər yığımı (xüsusilə müharibə dövrlərində) məqsədilə saxlanılır.
2. Əvəzsiz şəkildə ictimai faydalı fəaliyyətlə məşğul olan şəxs.
Tarix terminləri lüğətirus. воин – döyüşçü + водить – idarə etmək, irəlidə getmək, başçılıq etmək
1. Slavyanlarda hərbi sərkərdə, bir sıra hallarda isə inzibati və hərbi səlahiyyətləri öz əlində cəmləmiş hökmdar.
V. X əsrdən başlayaraq rus salnamələrində adı çəkilən knyaz drujinası və ya xalq qoşununun başçısı olub. XV–XVII əsrlərdə rus qoşununda polk və dəstələrin hər birinə V. rəhbərlik edib. XVIII əsrin əvvəlində belə idarəçilik sistemi I Pyotr tərəfindən ləğv olunub. Polşa və Litvada isə V. kral tərəfindən təyin edilib və dinc dövrdə canişin, müharibə vaxtı sərkərdə funksiyasını yerinə yetirib. 1139-cu ildən başlayaraq hər udelin öz V.-sı olub. Feodal pərakəndəliyi aradan qaldırıldıqdan sonra udellər voyevodalığa çevrilib. Voyevodalığın mülki və hərbi administrasiyasına bu vəzifəyə ömürlük qoyulan V. rəhbərlik edib. V.-lar Polşada XVIII əsrin sonuna kimi mövcud olublar.
2. XVI–XVIII əsrlərdə Rusiya şəhərlərinin yerli idarəçiliyinə başçılıq edən şəxs.
Tarix terminləri lüğətilat. votum – istək, iradə
Səsvermə yolu ilə müəyyən edilən rəy.
Parlament praktikasında hökumətin və ayrı-ayrı nazirlərin fəaliyyəti bu üsulla bəyənilir (etimad V.-u), yaxud pislənilir (etimadsızlıq V.-u). Etimadsızlıq V.-u, bir qayda olaraq, hökumətin və ya hər hansı nazirin istefası ilə nəticələnir. Etimad və ya etimadsızlıq V.-u bildirilməsi barədə təşəbbüslə həm hökumətin özü, həm də parlament fraksiyaları, habelə deputat qrupları çıxış edə bilər.
Tarix terminləri lüğətilat. voluntas – iradə
İctimai inkişafın obyektiv qanunları ilə hesablaşmayaraq insan iradəsini tarixi inkişafın hərəkətverici qüvvəsi sayan konsepsiya və cərəyan.
V. termini həmçinin tarixi prosesin obyektiv qanunları ilə hesablaşmayan, ayrı-ayrı şəxslərin subyektiv arzuları və özbaşına qərarlarına əsaslanan sosial-siyasi praktikanı səciyyələndirmək üçün işlədilir.
Tarix terminləri lüğəti