Orta əsrlərdə Azərbaycanda və bəzi qonşu Şərq ölkələrində xüsusi hərbi süvari dəstənin döyüşçüsü.
Ç. dəstələri ən təcrübəli və cəsur döyüşçülərdən təşkil olunub. Döyüş, adətən, onların çərxçibaşının rəhbərliyi altında meydana girməsi ilə başlanıb. Ç.-lərə rəhbərlik görkəmli əmirlərə etibar edilib; məs.: Çaldıran döyüşündə (1514) qızılbaşların çərxçibaşısı Xanməhəmməd Ustaclı, osmanlılarınkı isə Sarı Pirə olub. Ç. dəstələri yalnız döyüş ərəfəsində yaradılıb.
Tarix terminləri lüğətiOrta əsrlərdə bəzi Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda qeyri-nizami döyüşçü dəstəsi.
Müharibə zamanı ayrı-ayrı vilayətlərdən yerli feodalın başçılığı ilə ordunun köməyinə göndərilən Ç.-lər, adətən, hərbi məşq keçməmiş könüllülərdən təşkil olunub. Səfəvilər dövlətinin yarandığı ilk dövrlərdə belə dəstələr dövlətin hərbi qüvvələrinin əsasını təşkil edib. Ç.-lərin “köməkçi qoşun”, “könüllü ləşkər”, “başıpozuqlar” kimi başqa adları da olub. Müharibə bitdikdən sonra Ç. dəstələrinin döyüşçüləri öz evlərinə qayıdıblar.
Tarix terminləri lüğətirus. чин – rütbə
Rusiyada hərbi və mülki dövlət qulluqçularının xidməti dərəcələr sistemi.
Pilləli ardıcıllıqla dövlət qulluqçularına verilən Ç. sahiblərinin müəyyən hüquq və imtiyazları olub. Rusiyada XVI əsrdən tətbiq edilən bu sistem 1917-ci il oktyabr çevrilişindən sonra, əsasən, aradan qaldırılıb. Sovet dönəmində prokurorluq orqanlarının nümayəndələri üçün Ç. dərəcələri mövcud olub.
Tarix terminləri lüğətiOrta əsrlərdə Yaxın Şərqin bir sıra ölkələrində, eləcə də Azərbaycanda mövcud olmuş, bazarda satılan mal-qaranın sayına görə natura və ya pul şəklində alınan vergi.
Bu vergi növü Səfəvilər dövründə geniş yayılıb. XVI əsrdə 40 baş qoyundan 15 bisti, XVII əsrdə isə bir buğadan – 6 quruş, bir qoyundan – 1 qazbeki həcmində Ç. alınıb. Ç. toplanılması hüququ bəzən ayrı-ayrı şəxslərə icarəyə verilib.
See also:
Tarix terminləri lüğətiTürk-monqol mənşəli nəsil, sonralar tayfa.
Ç. Suldus tayfasından törəyiblər. Suldus tayfa başçıları Çingiz xanın hakimiyyətə keçməsində, sonralar isə onun apardığı müharibələrdə yaxından iştirak ediblər. Elxanilər dövləti (1256–1357) yarandıqdan sonra bu tayfa Urmiya gölü ətrafında məskunlaşıb. Onların nümayəndəsi Əmir Çoban Elxanilər dövlətinin idarə olunmasında mühüm rol oynayıb və tayfa Ç. adı ilə tanınmağa başlayıb. 1357-ci ildə Elxanilərin süqutundan sonra Ç. siyasi həyatdan uzaqlaşıblar. Elxanilər dövlətində faktik hakimiyyət Ç.-in əlində olduğu üçün tarixi ədəbiyyatda bəzən yanlış olaraq “Ç. dövləti” termini də işlənir. Lakin Ç. yalnız Elxanilərin baş əmirləri olublar, onlar heç vaxt özlərini hökmdar elan etməyib, adlarına pul kəsdirməyib və xütbə oxutdurmayıblar.
Tarix terminləri lüğətiital. ciompi – yunəyirən
XIV əsrdə Florensiyada və İtaliyanın bir sıra şəhərlərində mahud manufakturalarında yunəyirənlər və digər muzdlu fəhlələr.
Ç.-lər 1378-ci ildə üsyan qaldıraraq əməkhaqqının artırılması və dövlətin idarə olunmasında iştirak hüququ tələb ediblər. Bu, Avropa tarixində muzdlu fəhlələrin siyasi tələblərlə ilk çıxışı hesab olunur. Ç.-lər Mikele di Landonun başçılığı ilə hökumət yaradıb, xalq qoşunu təşkil ediblər. Lakin di Landonun xəyanəti səbəbindən üsyan yatırılıb.
Tarix terminləri lüğətiing. chopper – balta, çapacaq
Paleolit dövrünə aid ən qədim kəsici əmək alətlərindən biri.
Kobud çapma aləti olan Ç. ibtidai insanların 7,5–10 sm ölçüdə çaydaşının bir tərəfindən qəlpələr qoparmaq üsulu ilə hazırlanıb. Ç.-ləri ilk dəfə təxminən 2,5 mln. il əvvəl avstralopiteklər düzəldib. Olduvay mədəniyyəti dönəmində Ç.-lər daha mükəmməl çoppinqlərlə əvəzlənib. Azərbaycanda Ç. tipli alətlər Azıx mağarasının alt təbəqələrindən aşkar olunub.
Tarix terminləri lüğətiing. chopping – kəsmə, doğrama
Qədim və Orta Paleolit dövrünə aid kəsici əmək aləti.
Çopperdən fərqli olaraq Ç.-i ibtidai insanlar çaydaşının hər iki tərəfindən qəlpələr qoparmaq üsulu ilə hazırlayıblar. Bu səbəbdən Ç.-lərin ağzı daha iti olub, ibtidai insanların işi xeyli asanlaşıb. Azərbaycanda Ç. tipli əmək alətləri Azıx mağarasının 5–8-ci təbəqələrindən tapılıb.
Tarix terminləri lüğətitürk. çorbacı – hərfi mənası: duru xörək paylayan
1. Yeniçərilərdə orta (bölük, rota) komandir vəzifəsinə uyğun olan zabit rütbəsi.
2. Osmanlı imperiyasında kənd əhalisinin yuxarı təbəqəsinə mənsub olan yüzbaşı, kəndxuda və ya varlı kəndli.
3. XIX əsrdə Türkiyənin əyalət şəhərlərində, əsasən, varlı xristianlara verilən ad.
4. Müasir Türkiyədə dənizçilərin danışıq dilində gəmi sahibi.
Tarix terminləri lüğətiAzərbaycanda xanlıqlar dövründə (XVIII əsrin II yarısı – XIX əsrin əvvəli) yaylaq və qışlaqlarda otlaq sahiblərinin mal-qaranın otarılmasına görə maldarlardan aldıqları vergi.
Ç. otlaqların sahəsinə müvafiq olaraq, əsasən, pulla ödənilib, Quba, Şamaxı, Bakı və s. xanlıqlarda geniş yayılıb, bəzən çölpulu da adlanıb.
See also:
Tarix terminləri lüğətiOrta əsrlərdə bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda yayılmış atçılıq idman növü.
Ç. adı ağacdan hazırlanan alətin adından götürülüb. Ot üstündə xokkeyi xatırladan Ç.-in qaydalarına görə, hər biri bir neçə atlıdan ibarət iki komandanın üzvləri uzunluğu 120–130 sm olan ucuəyri Ç.-lə topu rəqib qapısından keçirməyə çalışırlar. Oyun uzunluğu 90–120 m, eni isə 60–120 m olan sahədə keçirilir. Meydançanın hər iki qurtaracağında düzəldilən qapı dirəklərinin hündürlüyü 2–5 m olur. Ç. oyunu, adətən, musiqi sədaları altında keçirilir.
Tarix terminləri lüğətitürk. çoha – mahud
Mahuddan hazırlanan kişi üst geyimi.
Keçmişdə Qafqaz xalqları, həmçinin azərbaycanlılar arasında bu geyim növü geniş yayılıb. Qafqazda dağlıların “çərkəzi” adlandırdıqları Ç. rus kazakları arasında “çerkeska” kimi tanınıb. Gövdə, ətək və qoldan ibarət olan Ç.-nın döş hissəsinə bəzək məqsədilə vəznə tikilib. Ç.-nın üstündən nazik kəmər bağlanıb.
Tarix terminləri lüğətiing. Big Stick Policy
ABŞ prezidenti Teodor Ruzveltin Latın Amerikası ölkələrinə münasibətdə irəli sürdüyü “Monro doktrinası”nın geniş mənada yozumu.
1904–1905-ci illərdə formalaşmış B.D.S. Latın Amerikası ölkələrində baş verən konfliktlərin həlli funksiyasını (o cümlədən hərbi güc tətbiq etməklə) məhz ABŞ-ın yerinə yetirməsini nəzərdə tutub. Bu siyasətə görə, ABŞ, Latın Amerikası ölkələri ilə Avropa dövlətləri arasında mübahisələri nizamlamaq məsuliyyətini də öz üzərinə götürüb. 1933-cü ildə ABŞ prezidenti Franklin Ruzvelt B.D.S.-ni “Xeyirxah qonşuluq siyasəti” ilə əvəzləyib.
Tarix terminləri lüğəti