Reklam
Reklam

Tarix terminləri lüğəti

dövlət himni

Bir qayda olaraq, proqram xarakterli şeir mətninə yazılmış təntənəli mahnı, dövlət suverenliyinin əsas rəmzlərindən biri.

Qanunla müəyyən olunmuş xüsusi hallarda, ilk növbədə, rəsmi bayramlarda, mərasimlərdə, tədbirlərdə, yüksəkrütbəli xarici qonaqların qarşılanması və yola salınması zamanı ifa olunur. D.H.-nin ifası zamanı ayağa qalxmaq və başıaçıq olmaq tələb olunur. Azərbaycanın D.H. AXC dövründə (1918–1920) yazılıb (musiqisini Ü.Hacıbəyov bəstələyib, mətnini isə Ə.Cavad qələmə alıb).

See also:

Tarix terminləri lüğəti

dövlət idarəetmə forması

Ali dövlət hakimiyyətinin təşkili üsulu.

D.İ.F. ali hakimiyyət orqanlarının strukturunu, onlar arasında səlahiyyətlər bölgüsünü, habelə yerli hakimiyyət orqanlarının yaradılması prinsiplərini özündə əks etdirir. İki cür D.İ.F. var: monarxiyarespublika. Lakin təcrübədə monarxiya və respublikanın da fərqli formalarına rast gəlinir.

Tarix terminləri lüğəti

dövlət kəndliləri

Təhkimçilik Rusiyasında dövlət orqanları tərəfindən idarə olunan, lakin şəxsən azad sayılan xüsusi kəndli təbəqəsi.

Çar I Pyotrun fərmanlarına əsasən, bu təbəqə təhkim olunmamış kəndlilərin qalıqlarından formalaşdırılıb. D.K. xəzinəyə məxsus torpaqlarda yaşayıblar və dövlətə feodal rentası ödəyiblər. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra xan torpaqlarında işləyən kəndlilər də D.K. adlandırılıb.

Tarix terminləri lüğəti