Reklam
Reklam

Tarix terminləri lüğəti

eta

yap. – bol çirkab

Feodal Yaponiyasında ən aşağı kasta.

Bu sosial qrup Yaponiyada buddizmin yayılması və feodal münasibətlərinin formalaşması dövründə (IV–VII əsrlərdə) yaranıb. Həmin kastaya, buddizmə görə, ən “çirkin” peşələri yerinə yetirənlər (məsələn, sallaqxana işçiləri, dəri aşılayanlar) aid edilib. Onlar tamamilə hüquqsuz olublar və ayrıca ərazidə yaşayıblar. 1871-ci ildə E. sosial kateqoriya kimi rəsmən ləğv edilib, lakin müasir dövrdə onun «burakumin» (hərfi tərcüməsi – qəsəbə sakini) deyilən nümayəndələrinə münasibətdə ayrı-seçkiliyin təzahürləri hələ də özünü göstərir.

Tarix terminləri lüğəti