Diplomatik nümayəndənin təyin olunarkən təqdim etdiyi sənəd.
Səfir və elçilər üçün E. bir dövlət başçısından digərinə müəyyən olunmuş formada yazılır, imzalanır və möhürlənir. E.-də onu göndərənin və alanın titulu (rütbəsi), diplomatik nümayəndənin adı və rütbəsi yazılır. Sənəddə həmçinin həmin diplomatla bütün əlaqələrdə ona təmsil etdiyi dövlətin nümayəndəsi kimi “inanmaq” (etimad göstərmək) xahişi yer alır. İşə başlamış diplomatik nümayəndə təyin edildiyi dövlətin başçısı tərəfindən ilk dəfə qəbul olunarkən (audiensiya zamanı) E.-sini verir, sənədin təsdiqlənmiş surəti isə öncədən xarici işlər idarəsinin rəhbərinə göndərilir. Diplomatik nümayəndə öz vəzifəsini tərk etdikdə övdətnamə təqdim olunur.
Tarix terminləri lüğəti1. Hər hansı etnosun öz mədəniyyəti, dil xüsusiyyətləri, bu və ya digər dərəcədə mənşəyi ilə fərqlənən, adətən, konkret regionda məskunlaşan hissəsi.
Azərbaycanda xınalıqlılar, Gürcüstanda svanlar E.Q.-lara misal ola bilərlər.
2. Etnosun miqrasiya prosesləri nəticəsində ərazicə ondan ayrılmış, amma mədəniyyətini, müəyyən səviyyədə dilini qoruyub saxlamış hissəsi.
Rusiyanın, Azərbaycanın bəzi bölgələrində kompakt halda yaşamış almanlar belə E.Q.-lara misaldır.
See also:
yun. èthnos – xalq, tayfa + genesis – mənşə
Müxtəlif etnik komponentlər əsasında yeni etnik birliyin (etnosun) təşəkkülü prosesi; etnik tarix.
E. hər hansı xalqın yaranmasının həm ilkin mərhələlərini, həm də onun etnoqrafik, linqvistik və antropoloji xüsusiyyətlərinin formalaşması proseslərinin sonrakı dövrlərini əhatələyir. Müasir elm E.-in əsas mexanizmlərini müəyyənləşdirib: inteqrasiya (yeni etnos müxtəlif etnik qrup və ya tayfaların birləşməsi yolu ilə yaranır); diferensiasiya (böyük etnosun bir hissəsi ondan qoparaq yeni etnik birlik şəklində formalaşır və ya böyük etnos bir neçə hissəyə parçalanır); transformasiya (keçmiş etnos yeni tarixi şəraitdə müxtəlif etnik birlikləri assimilyasiya edərək özü də keyfiyyətcə yeni etnosa çevrilir).
See also:
Etnosun adət-ənənələrdə, təsərrüfat və məişət sahəsində müəyyən fərqləndirici xüsusiyyətlərə malik hissəsi.
E.Q. uzun müddət etnik ərazidən ayrı düşmə, assimilyasiya nəticəsində, yerli xüsusiyyətlərin təsiri altında yaranır. Ayrımlar və qarapapaqlar azərbaycanlıların tərkibində E.Q.-lara misaldır. Etnik (subetnik) qrupdan fərqli olaraq E.Q., adətən, özünü mənsub olduğu xalqın tərkibində xüsusi icma kimi dərk etmir. Hərçənd müəyyən şərtlər daxilində o da gələcəkdə subetnik qrupa çevrilə bilər.
See also:
yun. èthnos – xalq, tayfa + graphio – yazıram, təsvir edirəm
Dünya xalqlarının maddi və mənəvi mədəniyyətinin xüsusiyyətlərini, onların məişətini, mənşəyini və məskunlaşmasını, eləcə də xalqlar arasındakı qarşılıqlı tarixi-mədəni əlaqələri öyrənən elm.
Müstəqil elm sahəsi kimi E. XIX əsrin ortalarında formalaşıb. Müasir dövrdə yalnız bəzi postsovet ölkələrində (o cümlədən Azərbaycanda) E. terminindən istifadə olunur. Dünyanın əksər hissəsində isə “antropologiya” və “etnologiya” terminlərindən istifadəyə üstünlük verilir. Bu, bir çox alimlərin fikrincə, E. anlayışının «təsvirçilik» mənası verməsi, həmin elm sahəsinin nəzəri aspektlərini özündə ehtiva edə bilməməsi ilə izah olunur. Lakin E. elmi təsvirçilik mərhələsini hələ XX əsrin əvvəllərində arxada qoyub.
See also:
yun. èthnos – xalq, tayfa + logos – elm, təlim
Müxtəlif etnik qrupların təşəkkülü və inkişafı proseslərini, onların identikliyini, mədəni özünütəşkil formalarını, kollektiv davranış və işbirliyinin xüsusiyyətlərini, eləcə də insanla sosial mühitin qarşılıqlı əlaqələrini öyrənən elm.
E. əksər ölkələrdə «etnoqrafiya» termininin əvəzləyicisi, bəzən onun sinonimi kimi işlədilir. Eyni zamanda bir çox alimlərin fikrincə, bu iki termin arasında fərq var: etnoqrafiyadan fərqli olaraq E. xalqların sadəcə təsviri ilə məhdudlaşmayıb, həm də xalqşünaslığın nəzəri problemlərinin tədqiqi ilə məşğuldur.
See also:
yun. èthnos – xalq, tayfa + onyma – ad
Dilçilik elminin bir bölməsi olan onomastikanın etnonimləri – millət, xalq, tayfa adlarını öyrənən sahəsi.
E. tarixi və etnoqrafik tədqiqatlarda mühüm rol oyanyır. Xalqların mənşəyinin, məskunlaşması və miqrasiyasının öyrənilməsində onun böyük əhəmiyyəti var. Yüz illərlə müstəmləkə əsarətində olmuş Asiya və Afrikanın gənc dövlətlərində isə E. həm də tətbiqi xarakter daşıyır, xalqların tarxi adlarının bərpa olunmasında istifadə edilir.
See also:
yun. èthnos – xalq, tayfa
Tarixən müəyyən ərazidə formalaşmış, ümumi dilə, mədəniyyətə, psixikaya malik, digər analoji qruplardan fərqlənən sabit toplum.
Etnoqrafik mənada E. “xalq” termininin sinonimi kimi də işlənir. E. anlayışının mahiyyəti barədə yekdil fikir formalaşmayıb. Bu səbəbdən elmi ədəbiyyatda onun fərqli təriflərinə rast gəlinir. Etnoqrafik tədqiqat obyekti kimi E. terminini elmə XX əsrin əvvəlində rus etnoqrafı S.Şirokoqorov gətirib.
See also:
yun. èthnos – xalq, tayfa + lat. centrum – çevrənin mərkəzi
Doğma etnosu və onun mədəniyyətini etalon, nümunə kimi qəbul edən milli-siyasi konsepsiya; insanda həyatın bütün təzahürlərini öz etnik toplumunun dəyərləri prizmasından qiymətləndirmək meyli.
E. termini ilk dəfə 1906-cı ildə amerikalı sosioloq U.Samner tərəfindən işlədilib. ABŞ tədqiqatçıları M.Brüer və D.Kempbell E.-in, yaxud etnomərkəzçiliyin üç əsas əlamətini göstərirlər: doğma mədəniyyətin təbii və düzgün, yabançı mədəniyyətlərin isə qeyri-təbii və səhv olmasına inam; doğma xalqın adətlərinin universal xarakterə malik olması düşüncəsi; doğma xalqın nümayəndələri ilə fəxrlə əməkdaşlıq edilməsi, onlara geniş yardım göstərilməsi və əksinə, yabançı xalqların düşmən qismində dəyərləndirilməsi.
See also:
lat. Etrusci, Tusci; endoetnonim – Rasenna, Raśna
E.ə. I minillikdə Apennin yarımadasının şimal-qərb bölgələrində məskunlaşmış, yüksək inkişaf etmiş mədəniyyətə malik qədim tayfalar.
Daha öncə formalaşmış Etrusk mədəniyyəti Roma mədəniyyətinə güclü təsir göstərib: qladiator döyüşlərini, cəng arabalarının yarışlarını, dəfn mərasimlərini, bir sıra mühəndis qurğularını və s.-ni romalılar E.-dan mənimsəyiblər. E.ə. VII əsrin sonlarında E. 12 şəhər-dövlətdən ibarət güclü ittifaqda birləşiblər. E.ə. V–III əsrlərdə isə onlar romalılar tərəfindən istila ediliblər. E.-ın mənşəyi mübahisəli olaraq qalır. Bir sıra tədqiqatçılar bu tayfaların yarımadanın avtoxton əhalisi, digərləri isə gəlmə olduğunu iddia edirlər. Herodot E.-ın Apenninə Kiçik Asiyadan köç etdiklərini göstərir. XX əsrin ortalarına kimi qədim yunan tarixçisinin bu ehtimalı ciddi tənqid olunsa da, son genetik araşdırmalar E.-ın Türkiyənin ərazisində yaşayan əhali ilə qohumluq əlaqələrini təsdiqləyir.
Tarix terminləri lüğətiyun. eypatridai – hərfi mənasi: əsilzadə ataların övladları
Afinada iri torpaq sahibi olan nəsli əyanlar; geomorlar (xırda torpaq sahibləri) və demiurqlarla (sənətkarlar) yanaşı, azad əhalinin üç qrupundan biri.
E. XIII əsrdə meydana çıxdıqları ehtimal olunur. Ən yaxşı torpaqları tədricən əllərində cəmləşdirən E. e.ə. VIII–VI əsrlərdə xüsusilə böyük nüfuza, yüksək siyasi hakimiyyətə sahib olublar. Solonun islahatları (e.ə. 594–593) nəticəsində onlar öz imtiyazlarını itiriblər.
Tarix terminləri lüğəti