Molyuskalar (ilbizlər) tipinin qarınaayaqlılar sinfindən nümayəndə.
Bədəni baş, gövdə və ayaqdan ibarətdir. Çanağın altında manti yerləşir. Spiral şəklində birləşmiş çanaqla örtülüdür. Şirin sularda yaşayır. Dişciklik dilini qaşov kimi su bitkilərinə çəkməklə və kiçik heyvanlarla qidalanır. İlk dəfə həzm sistemlərində mədəaltı vəzi əmələ gəlmişdir. Hermofroditdir.
Biologiya terminlərinin izahlı lüğətilat. eubatus
Gülçiçəklilər fəsiləsinin rubus cinsinə mənsub bitki cinsi.
Mürəkkəb yarpaqlı, tikanlı kol bitkisidir. Çiçəkləri ikicinsiyyətli, ağ və çəhrayı, meyvəsi şirəli, qara, qara-qırmızı və xırda toxumludur. Azərbaycanda 15 növü var. Toxum, zoğ və pöhrələrlə çoxalır.
Biologiya terminlərinin izahlı lüğətiBronxların selikli qişasının iltihabı.
Tənəffüs sisteminin çox təsadüf edilən xəstəliklərindəndir. B., virus və bakteriya infeksiyası (qrip, qızılca, göyöskürək və s.) zəhərləyici maddələrlə intoksikasiya, tozlu hava ilə tənəffüs, soyuqdəymə, papiros çəkmək və s. səbəblərdən baş verir. Kəskin və xronik olur.
Biologiya terminlərinin izahlı lüğətilat. triticum
Taxıllar fəsiləsindən bitki cinsi.
20-dən çox yabanı və mədəni növü var. Azərbaycanda 14 mədəni növü becərilir. Yarpaqları lentşəkilli, novçaşəkilli; meyvələri dən; çiçək qrupu mürəkkəb sünbüldür. Hər sünbülcüyündə 2-7 ədəd öz-özünə tozlanan çiçəklər var. Çiçək yanlıqları sadədir. Ən çox təsərrüfat əhəmiyyətliləri yazlıq və payızlıq B. sortlarıdır.
Biologiya terminlərinin izahlı lüğətilat. anthropoda
Ən geniş yayılmış onurğasız heyvan tipi.
Heyvanlar aləminə aid olan növlərin yarıya qədəri (1 milyon növ) B.-a aiddir. Əsas sinifləri xərçəngkimilər, hörümçəkkimilər və cücülərdir (həşəratlar). Bədəni 3 hissədən – baş, döş və qarıncıqdan ibarətdir. Bədən və ətraflar buğumlardan təşkil olunmuşdur. Buğumlarının sayı müxtəlif növlərdə 8-180 arasında dəyişir. Dənizlərdə yaşayan çoxqıllı qurdların quruya çıxan formalarından təkamül etmişdir.
Biologiya terminlərinin izahlı lüğətiToxumları paxla formalı taylardakı arakəsmənin üzərində yerləşən meyvələr.
Paxlameyvəlilərdən fərqli olaraq toxumlar taylardakı yuvalarda yerləşmir. Açılan quru meyvələrə aiddir. Məhsul tam yetişdikdə toxumlar ətrafa səpildiyi üçün, məhsulu tez yığmaq lazımdı. Əsasən xaççiçəklilər fəsiləsinin nümayəndələrində rast gəlinən meyvə tipidir.
Biologiya terminlərinin izahlı lüğəti