lat. synkopa
Beyində qısamüddətli qanazlığı nəticəsində huşun itməsi.
Qəfil süstləşmə, halsızlaşma, başgicəllənməsi və gözün qaralması ilə başlayır. Səbəbləri: ürək-damar sistemi xəstəlikləri, çoxlu qan itirmə, gözlənilməz emosional vəziyyətlərin təsiri nəticəsində damarların qeyri-ixtiyari olaraq tonusdan düşməsi. B.-nın əlamətləri: dərinin rənginin avazıması, bədənin soyuması, tənəffüsün səthiləşməsi. İlkin yardım: xəstəni başı bir qədər aşağı vəziyyətdə uzandırmaq, yaxasını açmaq, üzünə soyuq su çiləmək, otağın havasını dəyişmək, isti, tünd şirin çay vermək.
Biologiya terminlərinin izahlı lüğətilat. strigiformes
Quşlar sinfinin bir dəstəsi.
B. dəstəsinə 134 növ aiddir. Antarktikadan başqa dünyanın hər yerində rast gəlinir. Müxtəlif nümayəndələrində bədənin uzunluğu 17-24 sm, açılmış vəziyyətdə qanadlarının uzuluğu 40 sm-1,8 m, çəkisi 50 q-3,25 kq-dır. Gecə həyatı keçirirlər, yırtıcıdırlar. Gözləri bədən ölçüləri ilə nisbətdə dəfələrlə böyükdür. Yaxşı görürlər. Dimdiyi qarmaqşəkilli, ayaqları qüvvətli, caynaqları əyri və iridir. Lələkləri yumşaq olduğu üçün çox səssiz uçurlar. Koğuş, qaya yarığı arabalıq yerlərdə yuvalayır. Azərbaycanda 6 növü var. Zərərvericilərlə bioloji mübarizədə faydalı növlərdir.
Biologiya terminlərinin izahlı lüğətiQalxanabənzər vəzinin normadan artıq tiroksin hormonu hazırlaması nəticəsində yaranır.
Xəstəliyin başlanğıc forması hipertireoz adlanır. Əlamətləri: xəstənin çox yeməsinə baxmayaraq kəskin arıqlama, tez əsəbiləşmə, sərbəst ətrafların, göz qapaqlarının titrəməsi və bərəlməsi, ürək döyüntülərinin artması və boğaz nahiyədə şişkinlik. Müalicəsi: sakitlik, yod ehtiyatı saxlayan və vitaminli yeməklər, su prosedurları, qalxanabənzər vəzi qalvanizasiyası; ağır formalarda isə cərrahi əməliyyatla qalxanabənzər vəzin bir hissəsinin kəsilib götürülməsi.
Biologiya terminlərinin izahlı lüğətiMəməlilər sinfi cütdırnaqlılar dəstəsindən növ.
“Hippopotam” adı ilə də tanınır. Hazırda yalnız Mərkəzi və Şərqi Afrikada rast gəlmək olar. Erkəklərin çəkisi 3-3,2 tona, uzunluğu 4-4,2 m-ə, yerdən kürəklərinin üstünə qədər olan hündürlük isə 1,65 m-ə çatır. B.-lar bol bitkili sahilləri olan çox dərin olmayan su hövzələrində yaşayırlar.
Biologiya terminlərinin izahlı lüğətilat. morbus behcet
Ağız boşluğu, cinsiyyət orqanları və gözün selikli qişalarının xroniki xəstəliyi.
Etimolgiyası məlum deyil. Əlamətləri: ümumi narahatlıq (diskomfort), temperaturun yüksəlməsi, müxtəlif böyüklükdə eroziya və xoralar. B.X. ağır keçdikdə mədə-bağırsaq qanaxmasına və sinir sisteminin pozulmasına səbəb ola bilər. Müalicəsi zamanı kortikosteroid preparatlar, B1, B5, B6, B2, C vitaminləri, qamma-qlobulin, antibiotiklər təyin edilir.
Biologiya terminlərinin izahlı lüğətilat. begonia
Beqoniyakimilər fəsiləsindən bitki cinsi. Kol, yarımkol və ya otdur.
Dekorasiya məqsədilə dibçəklərdə yetişdirilən növləri var. Sürünən, yaxud yumurta şəklində qalınlaşmış kökümsovu və kök yumruları var. Yarpaqları sadə, asimmetrik; çiçəkləri qeyri-müntəzəm, bircinsiyyətli və birevlidir. Meyvəsi qoza, toxumları çox xırdadır. B. cinsinin 800-ə yaxın növü vardır.
Biologiya terminlərinin izahlı lüğətilat. circus
Qırğılar fəsiləsinin bir cinsi.
Uzunluğu 41-60 sm, çəkisi 250-780 q olur. Dişisi erkəyindən böyükdür. Qanadları, quyruğu, ayaqları uzun, caynaqları nazik və itidir. Açıqlıq quşları olub, köçəridirlər. Kürtyatma zamanı yerdəki yuvalarına 3-6 yumurta qoyur. Azərbaycanda 4 növü var.
Biologiya terminlərinin izahlı lüğətiGülçülükdə və bağçılıqda çox istifadə olunan 35-40 sm hündürlüklü işıqsevən dekorativ bitki.
Təmiz hava bitkinin ehtiyac duyduqu əsas amildir. Pis hava şəraitindən və küləkdən qorumaq şərti ilə bitkini eyvana çıxarmaq və ya pəncərə önünə yerləşdirmək olar. B.F. bol su tələb edir. Xüsusilə yay aylarında və aktiv böyümə dövründə çox sulamaq lazımdır. Payız və qış aylarında sulamanı həftədə 1 dəfə aparmaq lazımdır.
Biologiya terminlərinin izahlı lüğəti