lat. prunus
Gülçiçəklilər fəsiləsinin gavalıkimilər yarımfəsiləsindən bitki cinsi.
Hündürlüyü 12 m-ə çatan ağaclardır. Çəyirdəkli meyvələrə aiddir. Güllərinin rəngi ağ və ya çəhrayı rəngdə olur. Dünyada 30, Azərbaycanda isə 5 növü və çoxlu sortları yayılmışdır. Geniş yayılan və əhəmiyyətli növü adi G.-dır. Vətəni Qafqaz və Kiçik Asiyadır. Çox istifadə olunan sortları “Qara G.”, “Sarı G.”, “Albuxara”, “Xatını” və “Xurmayı” hesab olunur.
See also:
Biologiya terminlərinin izahlı lüğətilat. geckonidae
Sürünənlər sinfinin pulcuqlular dəstəsinin fəsilələrindən biri.
Bədəninin uzunluğu 30 sm-ə çatır. Dünyanın tropik və subtropik regionlarında 480 növü əhatə edən 70 cinsi məlumdur. Azərbaycanda 1 növü – Xəzər G. yaşayır. Bu növ kərtənkələyə bənzəyir. Respublikanın Abşeron, Salyan Mingəçevir, Yevlax, Goranboy və başqa bölgələrində yayılmışdır.
Biologiya terminlərinin izahlı lüğətiXromosomlarda DNT-nin irsi informasiya daşıyan ən kiçik bir sahəsi.
G. irsiyyətin elementar vahididir. DNT-nin genetik materialdan olan bu və ya başqa bir, bəzən də bir neçə funksiya üçün cavabdeh olan G. həmçinin xromosomun hər hansı funksional fəal məhsulunu da kodlaşdıra bilər. RNT translyasiya məhsulu olan polipeptid zənciri də G. fəaliyyət nəticəsində əmələ gəlir.
Biologiya terminlərinin izahlı lüğəti