artiodactyla
Məməli heyvanlar dəstəsi.
Otyeyəndirlər. Xarakterik xüsusiyyətləri ətrafların əsas oxunun 3-cü və 4-cü barmaqlarının arasından keçməsidir. 2-ci və 5-ci baqmaqları çox zəifdir və ya itmişdir. 3 yarımdəstəsi var; gövşəməyənlər, gövşəyənlər və döyənəkayaqlılar. Azərbaycanda 8 növü və 1 yarımnövü yaşayır.
Biologiya terminlərinin izahlı lüğətiCapreolus capreolus Linn., 1758
Cütdırnaqlılar dəstəsinin dolubuynuzlular (marallar) fəsiləsindən gövşəyən heyvan cinsi.
Yüngül və yaraşıqlı bədəninin uzunluğu 1,5 m, çəkisi 25-60 kq olur. Əsasən erkəklərdə ucu üçşaxəli buynuz olur. Buynuzları oktyabr-dekabr aylarında düşür və 3-4 həftədən sonra yenisi ilə əvəz olunur. Dişi fərdlərdə buynuz olmur. Dişisi 2, nadir hallarda 3 bala verir. Boğazlıq dövrü 6 aydır. Cinsin nümayəndələrinin rəngi yayda kürən, qışda boz olur. 4 yarımnövü məlumdur.
See also:
Biologiya terminlərinin izahlı lüğətiİnsanda xroniki infeksion xəstəlik.
Xəstəliyin digər adı lepradır. Törədiciləri xansen basilləridir (bakteriyalar aid olan mycobacterium leprae). Pis qidalanma, avitaminoz, antisanitariya xəstəliyin yayılmasına şərait yaradır. İnkubasiya dövrü 4-6 ildir. Müalicəsi xüsusi xəstəxanalarda aparılır.
Biologiya terminlərinin izahlı lüğətiSümüklü balıqlar sinfinin çəkikimilər dəstəsindən balıq növü.
Bədəninin uzunluğu 50 sm-ə, çəkisi isə 4 kq-a qədərdir. Avropa və Asiyanın şirin və az duzlu su hövzələrində geniş yayılmışdır. Həvəskar balıq ovunun obyektidir. Akvariuma yaxşı uyğunlaşır. Cəlddir. Başqa növ balıqlara qarşı aqressivdir.
Biologiya terminlərinin izahlı lüğəti