lat. boidae
Sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid olan ilan fəsilələrindən biri.
Fəsilənin digər adı yatağanlar və ya yalançıayaq ilanlardır. Ə. fəsiləsinə 80 növ aiddir. Nəhəng nümayəndələrinə uzunluğu 10 metrdən artıq olan anakonda və pitonlar aiddir. Azərbaycanda Qərb yatağanı adlı 1 növü yaşayır. Onun uzunluğu 70-100 sm-ə qədər olur. Bir sıra elmi ədəbiyyatlarda Naxçıvan MR və Lerik rayonu ərazilərində çəkisi 20-25 kq-a çatan Ə.-in olması barədə məlumat verilir.
Biologiya terminlərinin izahlı lüğətiŞimali Əfqanıstanda yayılmış 4 min illik tarixi olan it cinsi.
Nəsil ağacı qədim Misir mədəniyyəti dövrünə aiddir. Ə.İ. safqanı qorunduğu üçün aid olduğu bölgədən kənara aparılması qadağan edilmişdir. Bu səbəbdən yalnız XX əsrin əvvəlində qaçaq yolla Avropaya gətirilmişdir. Geniş ərazilərdə yaxşı inkişaf edirlər. Təlimlər zamanı diqqətli və ciddi davranılmazsa təlimlər nəticəsiz olur. Gün ərzində ən azı yarım saat açıq havada sərbəst gəzməlidir; qaçmağı sevən it cinsidir.
Biologiya terminlərinin izahlı lüğətilat. calcarea bowerbank
Süngərlə tipinə aid olan 4 sinifdən biri.
Koloniya halında və sərbəst yaşayan nümayəndələri var. Orqanizmləri primitiv quruluşludur. Birhüceyrəli və çoxhüceyrəli orqanizmlər arasında keçid canlılar hesab olunur. Ə.S.-in kirəcləşmiş qalıqları çoxşüalı və maraqlı quruluşa malikdir. Ə.S.-ə aid hamam süngərinin qalıqları olan qara kütlədən insanlar “daban daşı” adı ilə istifadə edirlər. Clatrina coriacea Montagu Ə.S.-i sərbəst, Cypha cilliata Fabricius isə koloniya halında yaşayır.
Biologiya terminlərinin izahlı lüğətiTəbiətdə olan təsərrüfat əhəmiyyətli vəhşi heyvanların növlərinin insanlar tərəfindən ələ öyrədilməsi və onların ev heyvanlarına çevrilməsi.
Ə.-nin sonrakı mərhələsində süni seçmə və seleksiya dayanır. Bitkilər aləmində yabanı bitki növləri arasında oxşar prosesin aparılması mədəniləşdirmə adlanır. Ə. prosesi həmçinin domestikasiya adlanır.
Biologiya terminlərinin izahlı lüğətiİnsanda və məməli heyvanlarda bir dəfəyə doğulan balalardır.
Ə. eyni hamiləlik və ya boğazlıq dövrünün sonunda (embrional dövr) əmələ gəlirlər. Doğulan balalar Ə. dərəcəsinə görə 2 qrupa bölünür – eyni yumurta Ə.-i (bir-birinə lap çox oxşayırlar) və müxtəlif yumurta Ə.-i. (bir-birinə oxşayırlar). Birincilərin əmələ gəlməsinin əsasında bir mayalanma prosesi ilə 2 cinsi hüceyrə, ikincilərdə isə doğulan Ə.-in sayı qədər mayalanma və mayalanma sayından 2 dəfə artıq cinsi hüceyrə iştirak edir. Eyni yumurta Ə.-i yalnız eyni cinsdən (yalnız oğlan və ya yalnız qız), müxtəlif yumurta Ə.-i isə müxtəlif cinslərdən ola bilər.
Biologiya terminlərinin izahlı lüğətiİnsan genetikasında (antropogenetikada) irsiyyəti öyrənmə metodlarından biri.
Ə.M. ilə bir çox irsi xəstəlikləri öncədən tədqiq etmək, proqnoz vermək, xəstəlik riskini müəyyən etmək mümkündür. Ə.M. əkizlərdə əlamətlərin inkişafını öyrənməyə əsaslanmışdır.
Biologiya terminlərinin izahlı lüğətiEyni ana bətnində birgə inkişaf edərək eyni zamanda iki və daha artıq balanın doğulması.
İnsanda 2 cür Ə. olur: bir yumurta əkizləri və müxtəlif yumurta əkizləri. Bir yumurta hüceyrə 2 (3, 4, 5 və s.) sayda rüşeymə başlanğıc verdikdə əkizlər eyni cinsə mənsub olur və bir-birinə çox oxşayır (bir yumurta əkizləri). Bir deyil 2 (3, 4, 5 və s.) sayda yumurta hüceyrə mayalandıqda müxtəlif cinsli uşaqlar dünyaya gəlir və onlar adi bacı-qardaşlar kimi bir-birinə bənzəyir (müxtəlif yumurta əkizləri).
Biologiya terminlərinin izahlı lüğətiGülçiçəklilər fəsiləsindən cins.
Ə. ağacı orta boyludur. Yarpaqları dəyirmi və ya yumurtaya oxşardır. Çiçəkləri ağ və ya çəhrayıdır. 20-dən artıq növü məlumdur. Ə. sarımtıl-qırmızı təktoxumlu çəyirdək meyvəyə malikdir. Azərbaycanda, xüsusən Ordubad bölgəsində müxtəlif növləri daha geniş yayılmışdır.
Biologiya terminlərinin izahlı lüğəti