yun. “arxayos” – qədim, “tropos” – insan
Qədim insan.
A.-lar qazıntı halında tapılan ən qədim insanlardır. Erkən Pleystosendə (650-630 min il bundan qabaq) yaşamış A.-ın sümük qalıqları Asiya, Afrika və Avropada tapılmışdır. A.-ın üzündə meymunların bir çox cizgiləri qalmışdır. Əsasən, ovçuluq və yığıcılıqla məşğul olurdular; ictimai quruluş forması “ibtidai insan sürüsü”ndən ibarət idi. Paleoantroplar A.-ın təkamülü nəticəsində əmələ gəlmişdir.
Biologiya terminlərinin izahlı lüğətiyun. “arxe” – başlanğıc və “qone” – doğulma, mənşə
İçərisində yumurta hüceyrəsi olan çoxalma orqanı.
Mamırlarda, qıjılarda, qatırquyruğunda, plaunlarda, bəzi çılpaqtoxumlu bitkilərdə, yosunlarda və göbələklərdə rast gəlinir. Kolba şəklindədir: enli “qarın” hissəsində yumurta hüceyrə və “qarın” kanalcıq hüceyrəsi, ensiz hissədə isə bir neçə kanalcıq hüceyrəsi var. Kanalcıq hüceyrəsi selikləşərək və şişərək A.-nin boğazını açır; spermatozoidlərin daxil olmasına şərait yaradır.
Biologiya terminlərinin izahlı lüğətiarchaeopteryx lithographica
Ən qədim quş.
Kələzquyruqlular yarımsinfindən qazıntı halında tapılmışdır. Qarğa lələkləri A.-i quşlarla, kəlləsinin quruluşu, 20 fəqərədən ibarət uzun quyruğu, sümüklərində hava boşluğunun olmaması, zəif inkişaf etmiş tilsiz döş sümüyü və qarın qabırğaları sürünənlərə ortaq əlamətidir. Cəmi 3 skelet və lələk izləri aşkar edilmişdir. Meşədə yaşadığı və kiçik məsafəli uçuşlar etdiyi ehtimal olunur.
Biologiya terminlərinin izahlı lüğətiarchimycetes
Mitselisi olmayan mikroskopik göbələk sinfi.
Yosunların, su göbələklərinin və çiçəkli bitkilərin hüceyrədaxili parazitləridir. Qeyri-cinsi çoxalma zamanı bir sporangi əmələ gəlir. Cinsi çoxalma zamanı bütöv fərdlər, yaxud qametlər birləşir.
Biologiya terminlərinin izahlı lüğətiBir pətəkdə yaşayan bir ana, yüzlərlə erkək və on minlərlə işçi fərdlərdən ibarət arı dəstəsi.
Ana arının qoyduğu yumurtalardan işçi və erkək arıların sürfələri, pupları inkişaf edir. A.A. adətən yayda, bal yığılan dövrdə nəsil artırır. Hər bir A.A.-nin spesifik iyi var. Qonşu ailələrdən olan fərdlər bunu iyinə görə fərqləndirə bilir. İşçi qarışqalar çoxalma qabiliyyətini itirmiş dişi fərdlərdir.
Biologiya terminlərinin izahlı lüğətiArıların bütün inkişaf mərhələlərində tutulduğu xəstəliklər.
Geniş yayılanları Amerika çürüməsi, Avropa çürüməsi, kisəli qurd xəstəliyi, nozematoz və meleozdur. Xəstəlikləri aradan qaldırmaq üçün sulfanilamid preparatları və antibiotiklər şəkər şərbətinə qatılaraq arılara verilir, çilənir, yaxud toz halında üfürülür.
Biologiya terminlərinin izahlı lüğətiapoidea
Həşəratlar sinfinin pərdəqanadlılar (zarqanadlılar) dəstəsinə aid olan fəsilə.
Fəsiləyə kolletidlər, qısaxortumlular və yarpaqkəsənlər aiddir. 20 minə yaxın növü məlumdur. Ağız aparatı sorucu və ya gəmirici-yalayıcıdır. Tünd rəngli, metal parıltılı, göy yaxud yaşıl olur. Tozcuq və nektarla qidalanırlar. Faydalı növlərdir. Bitkilərin tozlanmasında iştirak edirlər.
Biologiya terminlərinin izahlı lüğətiparidae
Sərçəkimilər dəstəsindən fəsilə.
Uzunluğu 20 sm-ə qədər olur. Lələkləri yumşaq və sıx, ayaq və caynaqları möhkəm, qüvvətli, qanadları qısa və enli, dimdiyi konusşəkilli, gödək və düzdür. Ağacda yaşayır. Avstraliya və Antarktidadan başqa hər yerdə yayılmışdır. Azərbaycanda 5 növü yaşayır.
Biologiya terminlərinin izahlı lüğətipyrus
Gülçiçəklilər fəsiləsinə mənsub olan ağac və kol növü.
Almakimilər fəsiləsinə aiddir. Çiçək qrupu qalxandır. Yarpaqları yumurtavarı, tünd-yaşıl və parlaqdır. Meyvəsi uzunsov, yaxud girdə və şirəlidir. Dünyada 5 minə yaxin armud sortu vardır. Azərbaycanda armud sortlarından abasbəyi, vilyams, əhmədqazi, bere, nararmudu, kürə yetişdirilir. A. çılpaq enişlərdə və dağ yamaclarında yaxşı bitir.
Biologiya terminlərinin izahlı lüğətihordeum
Taxıllar fəsiləsindən birillik və çoxillik bitki cinsi.
Yem və ərzaq əhəmiyyətlidir. Kökü saçaqlıdır, sünbülcükləri təkçiçəkli olub, sünbül oxu çıxıntısında üçü birgə yerləşir. Dəni uzunsov və köynəklidir. Becərilən sortlarının hamısı əkin arpası növünə aiddir. Azərbaycanda A.-nın yerli və seleksiya sortlarından ağ arpa, şirvandəni, naxçıvandəni, pallidum-330\2, pallidum-596, ajer rayonlaşdırılıb.
Biologiya terminlərinin izahlı lüğətiartemia
Ayağıqəlsəməlilər yarımdəstəsindən yarpaqayaqlı xərçəngkimilər cinsi.
Bir növü var, uzunluğu 8-10 mm qədərdir. Duzluluq dərəcəsi yüksək olan dənizlərdə yaşayır. Partenogenez yolla çoxalır. Azərbaycanda geniş yayılmışdır. A. kürülərinə görə tədarük edilir.
See also:
Biologiya terminlərinin izahlı lüğəti