Ətraf sahələrdən yamacı, zirvəsi ilə kəskin fərqlənən, nisbi hündürlüyü 200 m-dən çox olan müsbət relyef forması.
Mənşəyinə görə tektonik, vulkanik və erozion D.-lar mövcuddur. Tektonik D.-lar özü də qırışıq, faylı və qırışıq-faylı D.-lara bölünür. D.-ların mənşəyini, geoloji yaşını, ekzogen amillərin təsiri altında baş verən forma dəyişikliyini nəzərə almaqla onları üç morfoloji tipə ayırırlar: mütləq hündürlüyü 1000 m-ə qədər olan və relyef formaları nisbətən hamarlanmış D.-lara alçaq D.-lar; mütləq hündürlüyü 2000 m-ə yetən, lakin qar xəttinə çatmayan, yastı zirvələri və az meyilli yamacları ilə səciyyələnən D.-lara orta D.-lar; qar xəttindən yuxarı qalxan, mütləq hündürlüyü 2000 m-dən yüksək olan, şiş zirvələri, dik yamacları və buzlaq relyef formaları ilə xarakterizə olunan D.-lara yüksək D.-lar deyilir.
Coğrafiya terminləri lüğətiSıra dağların zirvələrində, yamaclarında və çökəkliklərdə yaranan buzlaq.
D.B.-nın formalaşması üçün, ilk növbədə, il ərzində havanın temperaturunun 0°C-dən aşağı olması lazımdır. Ən böyük D.B. Alyaskada Kordilyer dağlarında Syuard-Malaspina (uzunluğu 100 km) və Pamirdə Fedçenko buzlaqlarıdır (uzunluğu 71,2 km).
Coğrafiya terminləri lüğətiDağlıq ərazilərdə yerləşən, əsasən, tektonik və buzlaq mənşəli göllər.
Tektonik göllər dağəmələgəlmə prosesləri nəticəsində Yer qabığının qırışması və sınması nəticəsində əmələ gələn çökəkliklərdə yaranır, adətən, böyük və dərin olur (məs.: Xəzər gölü (sahəsi 371 min km2), Baykal gölü (dərinliyi 1620 m)). Dağlıq sahələrdə dərə gölləri uçqunlar zamanı süxurların çay dərəsini tutması nəticəsində formalaşır. 1139-cu ildə zəlzələ zamanı Kəpəz dağının bir hissəsi uçub Ağsu çayının dərəsini doldurduqdan sonra dərinliyi 100 m-ə çatan Göygöl meydana gəlib.
See also:
Coğrafiya terminləri lüğətiMənşəyi və geoloji yaşı eyni olan dağlar qrupu.
D.S. dağ silsilələri, dağ massivləri, dağ keçidləri və s. mürəkkəb elementlərdən ibarət olur. Təcrid olunmuş (məsələn, Ural) və ya dağlıq ölkədə yanaşı yerləşən (məsələn, Altay, Qərbi Sayan, Şərqi Sayan) D.S.-lərinə rast gəlinir.
Coğrafiya terminləri lüğətifr. terrasse – meydança
Dağların yamaclarında səthi üfüqi və bir qədər meyilli pillələrdən ibarət relyef forması.
D.T. torpaq sürüşmələri, denudasiya nəticəsində və s. səbəblərdən yaranır. Bəzi dağlıq rayonlarda onlardan zolaqşəkilli əkin sahələri kimi istifadə olunur.
Coğrafiya terminləri lüğətiDağ yamaclarında böyük süxur kütləsinin qoparaq aşağı düşməsi.
D.U. yerüstü və yeraltı suların təsiri, habelə tektonik proseslər nəticəsində əmələ gəlir. Belə uçqunlar dağlarda yolları sıradan çıxarır, bəzən çay dərəsinin qarşısını kəsərək bənd gölləri əmələ gətirir. Pamirdə (Tacikistan) Sarez gölü, Azərbaycanda Göygöl, Maralgöl, Abxaziyada Ritsa gölü uçqun zamanı yaranıb.
Coğrafiya terminləri lüğəti