Maqmanın soyuması və bərkiməsi nəticəsində əmələ gələn süxurlar.
Yer qabığının müəyyən dərinliklərində formalaşan M.S.-a intruziv (qranit, siyenit və s.), Yer səthində lava axınının soyuması prosesində yaranan M.S.-a isə effuziv süxurlar deyilir (bazalt, andezit və s.). Faydalı qazıntı yataqlarının bir çoxu, məsələn, polimetal filiz yataqları M.S.-dan ibarətdir.
See also:
yun. magnetis – maqnit, Kiçik Asiyadakı Maqnesiya şəhərinin adından + yun. anamolis – düz olmayan
Yerin maqnit sahəsində dəmir yığınları, məsələn, böyük dəmir filizi yataqları olan sahələrdə baş verən kiçik dəyişikliklər.
Bu sahələrdə kompasın maqnitli əqrəbi öz adi vəziyyətindən kənara çıxaraq yana əyilir (məs.: Kursk M.A., Braziliya M.A.).
Coğrafiya terminləri lüğətiyun. magnetis – maqnit, Kiçik Asiyadakı Maqnesiya şəhərinin adından
1. Bax: Yerin maqnit qütbü.
2. Maqnitləşmiş cismin maksimal maqnitləşməyə məruz qalmış, maqnit güc xətlərini bilavasitə kəsən hissəsi.
Maqnit güc xətlərinin cismə daxil olduğu sahə onun şimal M.Q., cisimdən çıxdığı sahə cənub M.Q. adlanır.
Coğrafiya terminləri lüğətiyun. magnetis – maqnit, Kiçik Asiyadakı Maqnesiya şəhərinin adından + lat. meridianus – günorta xətti
Yerin maqnit qütblərini birləşdirən xəyali çevrə.
Kompasın əqrəbi M.M. üzrə yönəlir. M.M. coğrafi meridianla üst-üstə düşmür və ondan maqnit meyil bucağı qədər fərqlənir.
Coğrafiya terminləri lüğətiing. mangrove – ağacın adından
Düzənlik dəniz sahillərinin qabarma və çəkilmə zolağında alçaqboylu həmişəyaşıl ağac və kolluqlardan ibarət cəngəllik.
M.-lar qrupuna 60-dan çox endemik ağac və kol növləri daxildir. Onlar ekvatorial və tropik qurşaqlarda – Mərkəzi Amerika, Afrika, Cənub-Şərqi Asiya, Şimalı Avstraliya və Okeaniya adalarının sahilboyu ərazilərində geniş yayılıb.
See also:
Coğrafiya terminləri lüğətilat. mare – dəniz + lat. cultura – tərbiyəetmə, yetişdirmə
Dəniz, liman və estuarilərdə balıqların, digər heyvan və bitki orqanizmlərinin nəzarət edilən sahələrdə yetişdirilməsi, artırılması.
M. sənayesi ABŞ, Fransa, Filippin, Yaponiya, Hindistan və s. ölkələrdə xüsusi inkişaf edib.
See also:
Coğrafiya terminləri lüğəti