Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

tektonik

yun. tektonikos – tikintiyə aid

Yer qabığının hərəkətinə və deformasiyasına aid olan, onun nəticəsi olan.

Coğrafiya terminləri lüğəti

topaz

yun. topazos – adı, topaz yatağının ehtimala görə ilk dəfə tapıldığı Qırmızı dənizdəki eyniadlı adanın adından götürülmüşdür

Rombik sinqoniyada kristallaşaraq prizmatik kristallar, narındənəli aqreqatlar əmələ gətirən mineral.

Rəngsiz, mavi, şərabı-sarı, çəhrayı olur. Qranit peqmatitlərində, qreyzenlərdə və s. rast gəlir. Şəffaf kristalları qiymətli daşdır.

Coğrafiya terminləri lüğəti

turmalin

Triqonal sinqoniyada kristallaşaraq peqmatitlərdə, qreyzenlərdə və s. tapılan mineral.

Dəmirli qara T. şörl, yaşıl T. verdelit, tünd-göy T. indiqolit, litiumlu bənövşəyi-çəhrayı T. elbait, tünd-çəhrayı T. rubellit, maqneziumlu sarı-qonur T. dravit adlanır. Rəngsiz, çoxrəngli T.-lər də rast gəlir. Şəffaf kristalları qiymətli daşdır.

See also:

Coğrafiya terminləri lüğəti

tava dağlar

Yastı zirvəli, bəzən pilləli və sıldırım yamaclı dağlar.

Səthi bərk və aşınmaya davamlı süxurlardan təşkil olunmuşdur. Relyefində T.D. üstünlük təşkil edən geniş ərazilər Tava ölkələr adlanır.

Coğrafiya terminləri lüğəti

tektonik deformasiya

Yerin dərinlik qüvvələrinin təsiri ilə süxur kütlələrinin həcminin, yatım formasının, daxili strukturunun dəyişməsi.

İstiqamətləndirilmiş qüvvələrin təsirindən üç növ deformasiya əmələ gəlir: elastik, plastik və qırılma. Yer qabığında ən çox plastik və qırılma deformasiyaları yayılmışdır. Plastik deformasiyada mineralların ayrı-ayrı dənələrində translyasiya yerdəyişməsi ilə yanaşı dənələrin birinin digərinə nisbətən diferensial yerdəyişməsi də baş verir. Qırılma deformasiyası mineral dənələrinin xırdalanması, çat, yarıq və s.-nin əmələ gəlməsi ilə müşayiət olunur.

Coğrafiya terminləri lüğəti

tektonik kontakt

Müxtəlif yaşlı, tərkibli və mənşəli süxurların tektonik qırılma səthi üzrə toxunması.

T.K. üçün süxurların əzilməsi, səthində sürtünmə cizgilərinin və sürtünmə aynasının olması xarakterikdir.

Coğrafiya terminləri lüğəti

tetraqonal sinqoniya

Kristalloqrafiyada təsnifat vahidi.

Orta kateqoriyalıdır. Bir-birinə perpendikulyar üç kristalloqrafik oxla xarakterizə edilir. xy oxlarının ölçü vahidləri eyni, z oxununku isə fərqlidir: α=β=γ=90º; a=b≠c. T.S. kristallarında elementar özək oturacağı kvadrat olan düz prizmadır. 7 sinfi var. Siniflərin hər birində bir ədəd dördlük simmetriya oxu olur.

Coğrafiya terminləri lüğəti

təbii boratlar

Bor turşusunun duzlarından ibarət minerallar sinfi.

Ortaborat, metaborat və piroboratlara, həmçinin polibor turşusunun duzlarına ayrılır. T.B., əsasən, rombikmonoklinik sinqoniyalarda kristallaşır. Çoxu ağ və ya rəngsiz olur. T.B. vulkanik-çökmə, endogen və hallogen-çökmə yataqlar əmələ gətirir.

See also:

Coğrafiya terminləri lüğəti

təbii sulfatlar

lat. sulphur, sulfur – kükürd

Sulfat turşusunun təbii duzlarından ibarət minerallar sinfi.

Rombik, monoklinik, nadir hallarda triklinik sinqoniyalarda kristallaşır. Adətən, izometrik kristallar əmələ gətirir. Rəngi xromofor ionlarından, mineral püruzlarından və s. asılı olaraq müxtəlif olur. T.S.-ın çoxu göl və laqun sularından və arid iqlimli rayonlarda hipergenez zonasında çökmə yolla, bir qismi hidrotermal proses nəticəsində və sulfid yataqlarının oksidləşmə zonasında əmələ gəlir.

See also:

Coğrafiya terminləri lüğəti

təbii sulfidlər

Geniş yayılmış minerallar sinfi; metalların təbii kükürdlü birləşmələri.

Tərkibinə görə, adətən, çoxkomponentli olur. Sadə T.S.-ə, disulfidlərə və mürəkkəb T.S.-ə bölünür. T.S. metal parıltıya, nisbətən az sərtliyə və yüksək sıxlığa malikdir; əsasən, hidrotermal mənşəlidir. Bir çox metalların filizidir.

See also:

Coğrafiya terminləri lüğəti

təbii şoralar

Azot turşusu duzlarının mineralları; kalium və natrium şorası.

Kalium şorası rombik, natrium şorası triqonal sinqoniyada kristallaşır. T.Ş. qabıqlar, nadir hallarda sıx sal kütlələr və s. əmələ gətirir. Rəngsiz, ağ, bəzən sarımtıl olur. Əsasən, bitkisiz quru isti sahələrdə azotlu üzvi maddələrdən, nitrobakteriyalardan və s. biokimyəvi oksidləşmə yolu ilə əmələ gəlir.

Coğrafiya terminləri lüğəti

torpağın qleyləşməsi

Torpaqəmələgətirən proses.

Anaerob bərpaedici şəraitdə mikroorqanizmlərin iştirakı ilə üzvi maddələr olan torpağın ayrı-ayrı qatlarını, yaxud bütün torpaq profilini su ilə təmin etməklə baş verir. Bataqlıqlaşmış və bataqlıq torpaqlarda oksigen torpağa çətinliklə daxil olur və ya heç daxil olmur. Nəticədə torpaq qleyləşir.

Coğrafiya terminləri lüğəti