lat. ultra – fövq, daha çox, ifrat + yun. metamorphoomai – çevrilməyə məruz qalıram, şəklimi dəyişirəm
Yer qabığının dərin zonalarında süxurların regional metamorfizmi.
Miqmatitlərin inkişafı ilə müşayiət olunur. U. nəticəsində metamorfik süxurlar onların qranitləşməsi ilə əlaqədar olan təkrar, çox vaxt reqressiv metamorfizmə məruz qalır. Nəticədə süxurun ümumi kimyəvi tərkibi kəskin dəyişir. Termini 1909-cu ildə İsveç geoloqu P.Holmkvist təklif etmişdir.
Coğrafiya terminləri lüğətilat. undulatus – dalğavarı
1. Süxur qırışıqları şarnirlərinin qalxması və batması.
2. Yer qabığında geosinklinallarda struktur qırışıqların əmələ gəlməsinə gətirib çıxaran dalğavarı əyilmələr.
U. qırışıq əmələ gətirən hərəkətlərlə əlaqədardır və onların yaranması süxurların yatımının dəyişməsi ilə müşayiət olunur.
Coğrafiya terminləri lüğətiKubik sinqoniyada kristallaşaraq kub, oktaedr və onların kombinasiyaları formasında qara, qonur kristallar, gizli kristallik aqreqatlar, his, torpaqvarı kütlələr əmələ gətirən mineral.
Peqmatitlərdə, həmçinin hidrotermal, skarn və çökmə mənşəli yataqlarda rast gəlir.
See also:
Coğrafiya terminləri lüğəti