Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

Yerin su balansı

fr. balance – tərəzi

Yer səthinə yağıntı şəklində düşən suyun miqdarı ilə Dünya okeanı və quru səthindən buxarlanan suyun miqdarı arasında yaranan fərq.

Yer kürəsində təbii zonaların və canlı aləmin inkişafında Y.S.B.-nın böyük rolu var.

Coğrafiya terminləri lüğəti

yerli vaxt

Hər hansı məntəqənin yerləşdiyi saat qurşağındakı vaxt.

Y.V. bir meridian üzərində yerləşən bütün məntəqələr üçün eynidir.

Coğrafiya terminləri lüğəti

Yura dövrü

Yerin geoloji inkişaf tarixində Mezozoy erasının ikinci dövrü.

Təqribən 201 milyon il əvvəl başlayıb, 145 milyon il əvvəl bitib, 56 milyon il davam edib. İsveçrə və Fransada yerləşən Yura dağlarının şərəfinə adlandırılıb: belə ki, həmin dövrə aid çöküntü süxurları ilk dəfə Yura dağlarında aşkarlanıb və təsvir edilib. Y.D.-ndə formalaşmış süxurlara Yura sistemi deyilir. Pangeya supermateriki məhz bu dövrdə ayrı-ayrı tavalara parçalanmağa başlayıb, fauna, əsasən, nəhəng canlılardan – dinozavrlardan ibarət olub.

See also:

Coğrafiya terminləri lüğəti

yuvenil su

lat. yuvenilis – ilk

Maqmadan ayrılan oksigen və hidrogendən əmələ gələn, Yer kürəsində rütubətin ümumi dövranında birinci dəfə iştirak edən yeraltı su.

Təmiz Y.S.-ya təsadüf olunmur, çünki Yerin alt qatlarında yaranan Y.S. üst qatlarına qalxdıqda atmosfer mənşəli sulara qarışır.

Coğrafiya terminləri lüğəti

yuyulmuş torpaqlar

Axar səth sularının üst qatı yuyub apardığı torpaqlar.

Torpağın genetik qatlarının yuyulma dərəcəsindən asılı olaraq onlar zəif, orta və şiddətli yuyulmuş növlərə bölünür.

Coğrafiya terminləri lüğəti

yuyulub gətirilən torpaqlar

Mineral, allüvial və prolüvial torpaqəmələgətirən materialın aktiv toplanması nəticəsində formalaşan torpaqlar.

Lilli suvarma suyundan uzun müddət istifadə etdikdə də belə torpaq tipi yaranır. Y.G.T., adətən, yüksək münbitliyə malik olur.

Coğrafiya terminləri lüğəti

yüksək enliklər

Yer kürəsinin qütblərə yaxın coğrafi enliklərinin şərti adı.

Y.E.-lər dedikdə təxminən 65°-dən 90°-dək cənub və şimal enlikləri nəzərdə tutulur.

See also:

Coğrafiya terminləri lüğəti

yüksək laylı buludlar

Troposferin orta qatlarında müşahidə olunan boz, ağımtıl, göyümtül rəngli yüngülcə dalğavarı buludlar.

Y.L.B., əsasən, buz kristallarından, qar dənəciklərindən ibarət olur, üfüqi istiqamətdə yayılır, pərdə şəklində göyün üzünü örtür. Onların arxasından Günəş, yaxud Ay çox solğun və yayğın görünür. Bu buludların yağıntısı yayda Yerə çatmır, qışda isə qar verir. Elmi ədəbiyyatda Y.L.B. “altostratus” (As) adlandırılır. Oksford lüğətlərində bu terminin latınca “altus” (hündür) və “stratum” (hərfi mənada: səpələnmiş) sözlərindən törədiyi göstərilir.

See also:

Coğrafiya terminləri lüğəti

yüksəklik

Qurunun dəniz səviyyəsindən 200-500 m hündürlükdə yerləşən, səthi nisbətən hamar olan düzənlik sahəsi.

Y.-lər planetdə geniş yayılmış relyef formalarından biridir.

Coğrafiya terminləri lüğəti

yüksək topa buludlar

Troposferin orta qatlarında müşahidə olunan boz, ağ, göyümtül rəngli və dalğalar, cərgələr, topalar şəklində aralı buludlar.

Y.T.B. ilin isti vaxtları üçün səciyyəvidir. Onlar, adətən, isti hava kütlələrinin yuxarı qalxması, yaxud soyuq hava kütlələri tərəfindən üst qata sıxışdırılması nəticəsində yaranır, buna görə də iqlimin dəyişəcəyindən xəbər verir. Y.T.B.-ın yağıntısı olmur. Elmi ədəbiyyatda Y.T.B. “altocumulus” (Ac) adlandırılır. Oksford lüğətlərində bu terminin latınca “altus” (hündür) və “cumulus” (qalaq, kütlə) sözlərindən törədiyi göstərilir.

See also:

Coğrafiya terminləri lüğəti