Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

yəhudi daşı

İntruziv süxur; peqmatit-qranitin bir növü.

Süxurda çölşpatı və kvars bir-birinə dolaşaraq qədim yəhudi yazısına bənzər quruluş əmələ gətirdiyindən süxur belə adlanır. Kiçik qranit massivlərindəki damarlarda və ya süxurlarda rast gəlir.

Coğrafiya terminləri lüğəti

yəşəm

Silisiumlu çökmə süxur.

Kriptokristallik kvarsdan ibarətdir. Rəngi qırmızı, qırmızı-qonur, yaşıl, boz, sarı, narıncı, qonur, qara və ağ olur. Həm birrəngli, həm də müxtəlifrəngli (qarışıqrəngli, ləkəli və zolaqlı) növləri var.

Coğrafiya terminləri lüğəti

yaqut

Korund mineralının şəffaf növü; rubin (lat. rubinus – qırmızı).

Rəngi xrom qarışığı ilə əlaqədar qırmızı olur. 1-ci sinif qiymətli daşdır.

Coğrafiya terminləri lüğəti