yun. zone – qurşaq
Ölkə ərazisinin digər yerlərdə qüvvədə olmayan xüsusi güzəştlər və stimullaşdırıcı qaydalar tətbiq edilmiş hissəsi, milli iqtisadi məkanın məhdud sahəsi.
Belə zonada dövlət iqtisadi proseslərə müdaxiləsini güclü surətdə məhdudlaşdırır. A.İ.Z., əsasən, ölkəyə investisiyalar cəlb etmək, yeni texnologiyalar gətirmək, ixrac potensialını artırmaq məqsədilə əlverişli iqtisadi-coğrafi mövqeyə malik ərazilərdə (məsələn, dəniz sahillərində, nəqliyyat qovşaqlarının üstündə) yaradılır.
Coğrafiya terminləri lüğətiər. əssəmut – istiqamət
Şimal istiqaməti ilə verilən istiqamət arasında qalan və saat əqrəbinin hərəkəti üzrə dəyişən bucaq.
A. dərəcəsi 0-360° arasında dəyişir. Bu bucaq məhəldə kompasla, planda isə transportirlə təyin edilir. Planda A.-u ölçmək üçün, ilk növbədə, şimala istiqaməti müəyyənləşdirmək lazımdır. Adətən, istiqamətlər planın kənarında oxla göstərilir.
Coğrafiya terminləri lüğətiyun. a – inkar şəkilçisi + yun. zone – qurşaq
Müəyyən təbii zona üçün xarakterik olmayan, coğrafi zonallıq qanunauyğunluqları ilə izah edilə bilməyən hər hansı hadisə, proses, landşaft forması.
A., adətən, ərazinin geoloji strukturu, tektonik rejimi, relyefin xüsusiyyətləri ilə əlaqədar baş verir və dağlarda xüsusilə nəzərə çarpır; məsələn, yüksəklik ərazilərdə qeyzerlərin təsiri altında formalaşan landşaft A.-a nümunədir.
Coğrafiya terminləri lüğətiyun. anti – əks + yun. kyklon – fırlanan
Şimal yarımkürəsində Atlantik okeanının subtropik rayonları üzərində yerləşən yüksək təzyiq sahəsi.
A.A. atmosferin əsas hərəkət mərkəzlərindən biridir, onun mərkəzi Azor adaları yaxınlığındadır. Burada çoxillik orta atmosfer təzyiqi yanvarda 766 mm-dən, iyulda isə 769 mm-dən yuxarı olur. A.A. qışda Şimali Afrikanın, yayda Orta və Cənubi Avropanın (o cümlədən Azərbaycanın) havasına təsir edir.
Coğrafiya terminləri lüğətilat. nord – şimal
Abşeron yarımadasında və ətraf zonada əsən bora tipli soyuq, quru şimal küləyi, xəzri.
Böyük Qafqaz dağlarını aşan soyuq hava kütlələrinin təsiri ilə yaranır. Sürəti 10 m/san-dən çox olur, bəzən 40 m/san-yə çatır. Adətən, 1-3 gün davam edir, sahildən uzaqlaşdıqca gücü azalır. İldə 60-100 dəfə təkrarlanır. Xəzərdə iri dalğalar (hündürlüyü 10-11 m-dək), güclü axınlar yaradır, dəniz nəqliyyatının hərəkətini pozur, hidrotexniki qurğulara zərər vurur. B.N. havanı kəskin dəyişdirir: qışda soyudur, yayda sərinlədir, yağıntılara səbəb olur.
See also:
Coğrafiya terminləri lüğətiTəbii su hövzələrində balıq, digər dəniz heyvanları ovlamaqla məşğul olan, əhalinin və emal sənayesinin dəniz məhsullarına ehtiyacını ödəyən xalq təsərrüfatı sahəsi.
B. sahilyanı ölkələrdə daha yaxşı inkişaf edib. Bununla yanaşı, süni su hövzələrində balıq yetişdirmək, çaylarda, göllərdə, Dünya okeanında balıq ehtiyatını artırmaq da B.-ın mühüm vəzifələrindən biridir.
See also:
Coğrafiya terminləri lüğətilat. balneum – vanna, çimmək + yun. logos – söz, elm
Mineral suların mənşəyini, fiziki-kimyəvi xassələrini, orqanizmə təsirini və tibbi məqsədlərlə istifadə üsullarını öyrənən elm.
B.-nın tərkibinə balneoterapiya (mineral suların müalicəvi məqsədlərlə istifadəsi), balneotexnika (mineral su mənbələrinin istismarı və müdafiəsi), balneoqrafiya (mineral su mənbələrinin təsviri) daxildir. Hələ e.ə. V əsrdə yunan alimi Herodot mineral suların insan orqanizminə təsiri haqqında məlumat verib, e.ə. V–IV əsrlərdə yunan həkimi Hippokrat çay və duzlu dəniz sularının müalicəvi əhəmiyyətini qeyd edib. Mineral suların ilk təsnifatını I əsrdə romalı həkim Arxigen verib. Bir elm kimi B.-nın əsasını isə XVII–XVIII əsrlərdə mineral suların tərkibini müəyyənləşdirmiş və onlardan istifadə üsullarını araşdırmış alman alimi Frans Hofman qoyub.
Coğrafiya terminləri lüğətiQədim Şərqi Avropa platformasının şimal-qərbində səthə çıxan yüksəklik ərazi.
B.Q. Skandinaviya yarımadasının böyük hissəsini, Kola yarımadasını və Kareliyanı əhatə edir. B.Q. güclü metamorfizmə uğramış süxurlardan (qneysdən, kristallik şistlərdən, fillitlərdən), konqlomeratlardan və Arxey və Proterozoy yaşlı mərmərlərdən ibarətdir.
Coğrafiya terminləri lüğətialm. bank – dayazlıq, az dərinlik
Dünya okeanının dibinin ətraf hissələrə nisbətən dayaz, lakin dərinliyi gəmi hərəkəti üçün kifayət edən sahəsi.
B. vulkan, mərcan, tektonik və s. mənşəli ola bilər. Dünya okeanının bu hissələri bioloji resurslarla zəngin olur və adətən, çoxlu balıq ovlanan sahələrdir. Sahəsinə görə planetimizin ən böyük B.-ları bunlardır: Böyük Nyufaundlend (282,5 min km²), Böyük Baham (95,8 min km²), Saya-de-Malya (35 min km²), Seyşel (31 min km²) və s.
Coğrafiya terminləri lüğəti