yun. eu – yaxşı + yun. trophe – qidalanma
Çox dərin olmayan, yüksək bioloji məhsuldarlığa malik su hövzəsi, əsasən, düzənlik gölləri.
E.S.H.-nin dərinliyi, adətən, 10-15 m-dən çox olmur, yayda burada fitoplanktonlar (göy-yaşıl yosunlar) kütləvi surətdə artır, zooplankton və balıq bol olur.
Coğrafiya terminləri lüğətiMərkəzi Asiyada Amudərya çayının yuxarı axarı boyunca cənub-qərb istiqamətində əsən çox güclü, tozlu quru külək.
Saniyədə 20 metrədək sürətlə bir neçə gün əsə bilir, torpağın münbit qatını sovurub aparır, tarlaları qumla doldurur. Yazın əvvəlində leysanlarla, qışda bəzən sulu qarla müşayiət olunur. Ə.K. soyuq hava axınının Turan çökəkliyinə daxil olması nəticəsində yaranır. Külək qalxmazdan əvvəl hava qızır, rütubət azalır, atmosfer təzyiqi aşağı düşür. Əfqanıstanın özündə külək tarixən qara-boran, XX əsrdə Mərkəzi Asiyada sovet hakimiyyəti mövcud olduğu illərdə badi-şurəvi (sovet küləyi) adlanıb.
Coğrafiya terminləri lüğətiAyrı-ayrı ərazilərdə, həmçinin bütünlüklə Yer kürəsində məskunlaşmış insanların cəmi.
Ə., əsasən, sayına, tərkibinə (yaşına, cinsinə, savadına, sosial və ailə vəziyyətinə, irqi, dini, etnik mənsubiyyətinə), sıxlığına, demoqrafik proseslərin (doğum, ölüm, artım səviyyəsi) intensivliyinə, miqrasiya fəallığına görə xarakterizə edilir. Ə. daim təzələnir, onun tədqiqi ilə demoqrafiya, demoqrafik statistika, etnoqrafiya, iqtisadiyyat (əmək münasibətləri), coğrafiya, təbabət, psixologiya, sosiologiya kimi elmlər məşğul olur.
See also:
yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm
İqtisadi coğrafiyanın əhalinin tərkibini, yerləşməsini, miqrasiyasını, həmçinin yaşayış məntəqələrini öyrənən sahəsi.
Ə.C. demoqrafiya, etnoqrafiya, fiziki coğrafiya, tibbi coğrafiya, sosiologiya ilə sıx əlaqədə inkişaf edir.
See also:
Coğrafiya terminləri lüğətilat. migratio – köçürmə
Əhalinin bir yerdən başqa yerə köçməsi, yerdəyişməsi.
Ə.M. insanların yaşayış məntəqələri və ölkələrarası hərəkəti ilə bağlı bir çox prosesləri əhatə edir. Miqrasiya xarici (qitələrarası və dövlətlərarası) və daxili (ölkədaxili), müddətinə görə daimi (həmişəlik), müvəqqəti və mövsümi ola bilər. Əhalinin müəyyən ərazidən və ya ölkədən köçüb getməsi emiqrasiya, müəyyən əraziyə gəlməsi isə immiqrasiya adlanır. Bəzən (müharibələr, fəlakətlər, dərin iqtisadi sarsıntılar zamanı) əhalinin kütləvi, yəni böyük qruplar halında miqrasiyası prosesi qeydə alınır. Ə.M.-nın əsas səbəbi iqtisadi çətinliklər və təhlükəsizlik problemləri hesab olunur.
See also:
Coğrafiya terminləri lüğətiMüəyyən bir ərazidə (dünyada, ölkədə, regionda) yaşayan insanların hər hansı dövr ərzində sayının artması.
Artım tempi (artım faizi) həmin dövrün sonunda bu ərazidə yaşayan insanların sayının əvvəldə yaşayan insanların sayının nisbətinə bərabərdir. Əhali üzrə Arayış Bürosunun (Population Reference Bureau) məlumatına görə, 2012-ci ildə dünya əhalisinin artımı 1,1% təşkil edib və son iki yüz ildə 6 milyard artaraq 7 milyarda çatıb. Bu templə dünya əhalisinin 2050-ci illərin ortalarına 9,6 milyarda çatacağı gözlənilir. Ayrı-ayrı ölkələrdə Ə.A. təbii və mexaniki artım hesabına yaranır.
See also:
Coğrafiya terminləri lüğətiyun. mechanike – maşın düzəltmək sənəti
Müəyyən dövr ərzində hər hansı əraziyə xaricdən gələnlərlə bu ərazidən gedənlər arasında müsbət fərq.
Ə.M.A. İEÖ-lərdə daha yüksəkdir. Bunun səbəbi dünyanın zəif inkişaf etmiş bölgələrindən insanların həmin ölkələrə miqrasiya etməsidir. Ə.M.A.-nın əksi olan prosesə əhalinin mexaniki azalması deyilir.
See also:
Coğrafiya terminləri lüğətiMüəyyən ərazidə (dünya, ölkə, region və s.) yaşayan əhalinin ümumi sayının həmin ərazinin sahəsinə nisbəti.
Ə.O.S. vahid sahədə (adətən, 1 km2) yaşayan insanların orta sayı ilə ölçülür. XXI əsrin əvvəlində Yer kürəsində Ə.O.S. hər km2-ə orta hesabla 49 nəfər olub. Lakin ayrı-ayrı regionlarda relyef və iqlim xüsusiyyətlərindən, digər şərtlərdən asılı olaraq bu rəqəm dəyişir. Planetimizdə ən sıx əhali Banqladeş, Bəhreyn və Cənubi Koreyada, ən seyrək əhali isə Monqolustan, Namibiya və Avstraliyadadır.
Coğrafiya terminləri lüğətiHər hansı ərazidə yaşayan əhali haqqında demoqrafik, iqtisadi və sosial məzmunlu məlumatların birdəfəlik, yaxud vaxtaşırı toplanması, ümumiləşdirilməsi və təhlili prosesi.
Ə.S.A. vahid prinsiplər və proqram əsasında, bütün ərazidə eyni zamanda, adbaad, ciddi mərkəzləşdirilmiş surətdə həyata keçirilir. Onun məqsədi əhalinin sayı, tərkibi, yerləşməsi, strukturu haqqında geniş məlumat əldə etməkdir. Toplandıqdan, ümumiləşdirildikdən və təhlil edildikdən sonra bu məlumatlar dərc olunur, dövlət idarəçiliyində, qanunvericilik orqanlarında təmsilçiliyin müəyyənləşdirilməsində, ölkə iqtisadiyyatının təşkilində, sosioloji tədqiqatlarda və s.-də onlardan geniş istifadə edilir.
See also:
Coğrafiya terminləri lüğətiMüəyyən bir ərazidə (dünyada, ölkədə, regionda) doğulan və ölən insanların sayı arasındakı fərq.
Ə.T.A. tempi hər 1000 nəfərə düşən doğum və ölüm arasındakı fərqlə, yaxud təbii artım əmsalı ilə ölçülür. Ə.T.A. əmsalı təbii artımın əhalinin orta illik sayına bölünməsi və ya doğumla ölüm arasında əmsal fərqinin hesablanması yolu ilə müəyyənləşdirilir, faiz (%), yaxud promil (‰) ilə ifadə edilir. Müsbət əmsal əhalinin artdığını, mənfi əmsal azaldığını göstərir. Ə.T.A. əmsalı ərazidəki ümumi demoqrafik prosesləri xarakterizə edən ən mühüm göstəricilərdəndir. Bu əmsal əsasında hökumətlər təhlükəli demoqrafik proseslərin qarşısını almaq, təbii artım tempini azaltmaq, yaxud əksinə, onu stimullaşdırmaq üçün tədbirlər hazırlayıb həyata keçirir; məsələn, yeni doğulan uşaqlara görə ailələrə pul mükafatı verirlər, analıq məzuniyyətinə görə ödənişləri artırırlar və s.
See also:
Coğrafiya terminləri lüğətiBəşəriyyətin fasiləsiz bərpa olunması və yeniləşməsini təmin edən təbii artım proseslərinin cəmi.
Ə.T.A. brutto və netto-təkrar istehsal əmsalları ilə ölçülür. Brutto-təkrar istehsal əmsalı – reproduktivlik dövründə bir qadının orta hesabla doğduğu qız uşaqlarının sayına uyğun olaraq müəyyənləşdirilir və doğulan uşaqların müəyyən vaxtdan sonra formalaşdıracağı yeni valideyn nəslinin göstəricisidir. Bu göstəricinin hesablanmasında ölüm amili nəzərə alınmır, yəni reproduktiv dövrün sonuna qədər anaların və doğulan qız uşaqlarının sağ qalma ehtimalı qəbul edilir. Netto-təkrar istehsal əmsalı isə brutto əmsalından fərqli olaraq ölüm amilini (həyat cədvəlləri əsasında) nəzərə alır. Ə.T.A.-na görə ölkələr iki tipə bölünür. Birinci tipə təbii artımın aşağı (hər min nəfərə 2-10 nəfər), sıfıra bərabər, yaxud mənfi olduğu ölkələr daxildir. İkinci tipə isə artımın yüksək (hər min nəfərə 10 nəfərdən çox) olduğu ölkələr aid edilir. Əgər netto əmsalı 1-ə bərabərdirsə, onda doğum və ölüm nisbətləri əhalinin sadə təkrar istehsalını təmin edir. Netto əmsalı 1-dən aşağıdırsa, bu, əhalinin təkrar istehsalının azaldığının (yəni uşaq nəslinin valideyn nəslindən az olduğunun), yuxarıdırsa – təkrar istehsalın artdığının (uşaq nəslinin valideyn nəslinə nisbətən çoxluq təşkil etdiyinin) göstəricisidir.
See also:
Coğrafiya terminləri lüğəti