Canlı orqanizmlərin yaşadıqları və fəaliyyət göstərdikləri şərait, onları əhatə edən xarici aləm.
Atmosfer və onun dövranı, günəş işığı və istilik, torpaq, süxurlar və onların tərkibi, qazlar və məhlullar, su, hava, ərazinin və ya akvatoriyanın ümumi iqlimi – bunlar hamısı Ə.M.-i təşkil edən elementlərdir. Beynəlxalq sənədlərdə Ə.M. termini, adətən, Yerin lokal və qlobal ekoloji sistemlərinin vəziyyətini təsvir etmək üçün deyil, bir qədər dar mənada – bu sistemlərin insanla qarşılıqlı əlaqəsini səciyyələndirmək üçün işlədilir. Azərbaycan qanunvericiliyində də Ə.M. anlayışının izahı bu mövqedən verilir: “insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiət”.
Coğrafiya terminləri lüğətiƏtraf mühitin ekoloji, tibbi-bioloji və sosial-psixoloji komponentlərinin vəziyyətinin və bu vəziyyətdə baş verən dəyişikliklərin planlı müşahidəsi.
Məsələn, suyun və havanın keyfiyyətinə, radiasiya səviyyəsinə nəzarət. Bu nəzarətin başlıca mexanizmi daimi, yaxud vaxtaşırı monitorinqlər, həmçinin ətraf mühiti çirkləndirənlərə qarşı görülən tədbirlərdir.
See also:
Coğrafiya terminləri lüğətiTəbii və antropogen mənfi təsirlər nəticəsində ətraf mühitin yol verilən normadan artıq dəyişməsi.
Çirkləndirici elementlərə bərk, maye və qaz halında istehsal tullantıları, ziyanlı radiasiya, səs-küy və s. daxildir. Ətraf mühitnin mexaniki (zibillənmə), fiziki (xassələrini dəyişmə), kimyəvi və bioloji çirklənməyə ən çox məruz qalan komponentləri torpaq, atmosfer və su hövzələridir.
See also:
Coğrafiya terminləri lüğətilat. monitor – yada salan, nəzarət edən
Təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk halda tullantılara, radiasiyaya, səs-küyə və s.-yə kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi.
See also:
Coğrafiya terminləri lüğətiƏtraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişdirilməsinə qarşı yönəlmiş fəaliyyət.
Ə.M.M. təbiətin qorunub saxlanması, ilk növbədə, ona ziyan gətirən zərərli antropogen müdaxilənin qarşısının alınması məqsədi güdür. Bu məqsədlə hökumətlər və ictimaiyyət tərəfindən xüsusi nəzarət proqramları həyata keçirilir, qanunlar qəbul olunur, kompleks tədbirlər görülür.
See also:
Coğrafiya terminləri lüğətiyun. phaneros – aşkar, görünən + yun. zoe – həyat
Yerin geoloji tarixində çox uzun mərhələ, iki eondan biri.
F. eonu müasir dövrdə də davam edir, onun nə vaxt başlandığı barədə isə elmdə müxtəlif fikirlər var. Britannika ensiklopediyasında bu eonun 541 mln., Almaniya ensiklopediyasında 580 mln., Rusiya geoloji ensiklopediyasında 570±20 mln., Türkiyə coğrafiya terminləri sözlüyündə 600 mln. yaşı olduğu göstərilir. Bütün hallarda F.-un başlanğıc tarixi 600-540 milyon il əvvələ təsadüf edir. F. eonu Paleozoy, Mezozoy və Kaynozoy eralarına bölünür. Bu termini Yerin geoloji tarixini 2 ən böyük mərhələyə (Kriptozoy və F. eonları) ayırmış Amerika geoloqu Ceyms Çedvik təklif edib (1930). Kriptozoy eonundan fərqli olaraq F.-da canlı orqanizmlərin daşlaşmış qalıqları tapıldığı üçün eona məhz bu ad verilib.
See also:
Coğrafiya terminləri lüğətialman fiziki Qabriel Farenheytin adından
Temperaturu ölçmək üçün bəzi ölkələrdə istifadə olunan şkala.
F.Ş.-da buzun ərimə nöqtəsi ilə suyun qaynama nöqtəsi arasındakı temperatur intervalı 180 hissəyə – Farenheyt dərəcələrinə (°F) bölünüb, buzun ərimə temperaturu 32°F, suyun qaynama temperaturu isə 212°F qəbul olunub. Şkalanı 1724-cü ildə alman fiziki Qabriel Farenheyt təklif edib. F.Ş.-ndan ABŞ, Böyük Britaniya və s. ölkələrdə istifadə edilir. Selsi (C) ilə verilmiş temperaturdan Farenheytə keçmək üçün həmin göstəricini 1,8-ə (temperatur intervalı) vurmaq və alınan hasilin üzərinə 32° gəlmək lazımdır; məsələn, +15°C-dən Farenheytə aşağıdakı kimi keçilir: (15 x 1,8) + 32° = 59°F. Farenheytdən Selsiyə keçmək üçün isə əks əməliyyat aparılır: C = (F – 32) : 1,8.
Coğrafiya terminləri lüğətilat. facies – zahiri görünüş
1. Geologiyada: çökmə süxurun formalaşmasına şərait yaradan fiziki-coğrafi şərtlərin məcmusu.
Eyni mənşədən olan, lakin formalaşma şəraitindən asılı olaraq struktur və tərkibinə görə bir-birindən fərqlənən çöküntülər (məsələn, göl və okean çöküntüləri) fasial çöküntülərdir.
2. Landşaftşünaslıqda – coğrafi landşaftın bölünməz, ən bəsit morfoloji vahidi, təbii kompleksin ən kiçik hissəsi.
Bu termin makrorelyefin ayrıca, ən sadə formasına (məsələn, düzənlikdə dərə), yaxud mezorelyefin bir elementinə aid edilir (məsələn, dərənin dibi).
Coğrafiya terminləri lüğətilat. Fauna – Roma mifologiyasında meşə və çöl ilahəsi, heyvan sürülərinin himayədarı
Müəyyən ərazi, ekosistem və ya biosenozun heyvan növlərinin məcmusu.
Hər hansı keçmiş geoloji dövrdə yaşamış, süxurların və ya çöküntü qatlarının arasından qalıqları tapılmış heyvan orqanizmləri kompleksi də öz dövrünün F.-sını təşkil edir: məsələn, Paleozoy erasının F.-sı. F. avtoxtonlardan (tarixən bir yerdə inkişaf etmiş heyvanlardan) və immiqrantlardan (gəlmə, gətirilmiş heyvanlardan) ibarətdir. F. termini ayrı-ayrı heyvan növlərinə də şamil edilir (məs.: quşların F.-sı, balıqların F.-sı).
See also:
Coğrafiya terminləri lüğəti