yun. geo – Yer + yun. kryos – soyuq, şaxta + yun. logos – elm, təlim
Mövsümi və daimi (çoxillik) donuşluq sahələrinin quruluşunu, süxurlarını, onların yayılması qanunauyğunluqlarını, burada gedən fiziki-kimyəvi prosesləri öyrənən elm.
G. həm də mövsümi və daimi donuşluq sahələrindən səmərəli istifadə üçün yollar axtarır.
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. logos – elm, təlim
Yerin yaranması və inkişafı, tərkibi, quruluşu haqqında elmlər kompleksi.
G.-ya mineralogiya, petroqrafiya, geokimya, geofizika, tektonika, geomorfologiya və bu kimi bir çox elmi sahələr daxildir. XVIII əsrin sonlarında ayrıca təlim kimi formalaşana qədər G. özü coğrafiyanın, mineralogiyanın tərkib hissəsi hesab olunub. Bu elmin mənşəyi və terminin yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. G.-nın tarixi Qədim Yunanıstana və Romaya gedib çıxır. Antik müəlliflər öz əsərlərində bir çox mineralları və metalları ətraflı təsvir ediblər. İnsanların bu sahəyə marağı, ilk növbədə, minerallara və faydalı qazıntılara olan ehtiyacdan yaranıb. Müasir G.-nın əsasının nə vaxt qoyulduğu isə daha mübahisəlidir. Bir sıra Avropa, Amerika, Orta Asiya alimləri bunun X-XI əsrlərdə islam dünyasında baş verdiyini (əl-Biruni, İbn Sina) təsdiqləyirlər. Digərləri müasir G.-nın tarixini XVII-XVIII əsrlərdə Avropadan (Nikolas Steno, Jan Deluk, Ceyms Hatton) başlayırlar. G. termininin özünü ilk dəfə elmə Norveç alimi Mikkel Eşolt (“Norveçin geologiyası”, 1657) daxil edib. Amma bəzi elmi mənbələrdə onun müəllifinin italyan alimi Ulisse Aldrovandi olduğu (1603) göstərilir.
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. morphe – forma + yun. logos – elm
Yer səthinin relyefi haqqında elm.
Qurunun, okean və dəniz dibinin relyefini, xarici görünüşünü, mənşəyini, inkişaf tarixini və müasir dinamikasını öyrənir. G. relyef əmələ gətirən prosesləri (ekzogen və endogen) də tədqiq edir, ümumi, regional və tətbiqi G.-ya ayrılır.
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. politike – dövlət əhəmiyyətli işlər
Beynəlxalq münasibətlərin və ölkələrin xarici siyasətinin formalaşmasına coğrafi faktorların həlledici təsir göstərdiyini bəyan edən konsepsiya.
G. həm də siyasət elminin coğrafiya ilə həmsərhəd xüsusi sahəsidir. G. konsepsiyasına görə, müəyyən strateji əhəmiyyətə, mühüm təbii resurslara malik coğrafi ərazidə yerləşən dövlətlər üzərində nəzarət bütün dünyada hökmran mövqe qazanmağın ilkin şərtlərindəndir. Termini elmə 1899-cu ildə alman coğrafiyaşünası Fridrix Ratzelin “Siyasi coğrafiya” əsərindən bəhrələnmiş İsveç politoloqu Rudolf Çellen daxil edib. Onlarla yanaşı, britaniyalı coğrafiyaşünas Halford Makkinder, amerikalı alimlər Alfred Mahan və Nikolas Spikman, alman tədqiqatçısı Karl Haushofer də G. elminin yaradıcıları hesab olunurlar. Fövqəldövlət, soyuq müharibə, hərbi-strateji paritet, regional qüvvə, qloballaşma, çoxqütblü dünya kimi siyasi anlayışlar və hadisələr məhz XX əsrin ikinci yarısından etibarən dünyada gedən geopolitik proseslərlə bağlıdır.
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. kentron – mərkəz
Yerin tərpənmədən kainatın mərkəzində dayandığını, Günəşin, planetlərin, ulduzların isə onun ətrafında fırlandığını iddia edən yanlış nəzəriyyə, təsəvvür.
G.S. nəzəriyyəsi eramızdan əvvəlki ilk yüzilliklərdə Qədim Yunanıstanda yaranıb, antik dövrdə və orta əsrlərdə astronomiyanın əsasını təşkil edib, kilsə tərəfindən xüsusi olaraq qorunub. Yalnız XVI–XVII əsrlərdə elmin inkişafı nəticəsində (Kopernik, Qaliley, Kepler və b.) bəşəriyyət bu təsəvvürlərdən uzaqlaşıb. G.S.-in alternativi heliosentrik sistem nəzəriyyəsidir.
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. syinklino – əyilirəm
Yer qabığının seysmik cəhətdən fəal, qırışıq əmələgəlmə prosesinin uzun müddət davam etdiyi sahələri.
G. prosesinin başlaması Yer səthinin, materiklərarası okean dibinin müəyyən hissələrinin çökməsi ilə əlaqədardır. Bu proses yüzlərlə kilometr məsafədə dərin çatların yaranması, dağəmələgəlmə, vulkanizm, zəlzələlər və s. seysmik hadisələrlə müşayiət olunur.
See also:
Coğrafiya terminləri lüğətiYer qabığının tektonik cəhətdən çox fəal, hərəkətdə olan sahəsi.
G.Q.-lar okean və materikdə litosfer tavalarının sərhədlərini, yaxud riftlər əmələ gələn digər böyük sahələri əhatə edir. Onların uzunluğu on minlərlə kilometr, eni yüzlərlə, bəzi yerlərdə minlərlə kilometr olur. G.Q.-lar intensiv tektonik deformasiyaya uğrayır, burada qırışıqlar, dağəmələgəlmə, Yer qabığının qalınlaşması prosesləri gedir. Yerin tarixinin son 1,6 mlrd. illik mərhələsində əksər hissəsi Şimal yarımkürəsində yerləşən 5 G.Q. inkişafda olub: Sakit okean, Aralıq dənizi, Ural-Monqol, Atlantik və Arktik G.Q.-ları.
See also:
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. systema – hissələrdən ibarət bütöv
Ətraf mühitin qarşılıqlı əlaqədə olan və qarşılıqlı təsirə malik komponentlərindən ibarət, bütövlükdə sistem yaradan struktur vahidləri.
G. coğrafi landşaftın müəyyən ərazidə bütün geomorfoloji, iqlim və hidroloji elementləri özündə birləşdirən tərkib hissəsidir və faktik olaraq təbii ərazi kompleksinin eynidir.
Coğrafiya terminləri lüğəti