Rütubətölçən cihaz.
H.-in iki növü olur: kondensasiyalı metal H. və tük H.-i. Kondensasiyalı H. havanın bilavasitə şeh nöqtəsini təyin etməyə imkan verir, bir üzü cilalanmış, içərisinə termometr və efir doldurmaq üçün rezin kürəcik yerləşdirilmiş metal qutudan ibarətdir. Tük H.-inin işi insan tükünün rütubətdən asılı olaraq uzanması prinsipinə əsaslanıb; şkalanın üzərindəki əqrəb havanın nisbi rütubətlilik dərəcəsini göstərir.
See also:
Coğrafiya terminləri lüğətiyun. higros – nəm + yun. topos – yer
Rütubətlilik dərəcəsinə görə fərqlənən sahələr.
Adətən, 6 rütubətlilik dərəcəsi müəyyənləşdirilir: “0” – çox quru, 1 – quru, 2 – təzə (azrütubətli), 3 – rütubətli, 4 – nəm, 5 – yaş. H.-ı bir-birindən ayırmaq üçün indikator bitkilərdən istifadə olunur: kserofitlər – “0” və 1, mezofitlər – 2 və 3, hiqrofitlər – 4 və 5-ci rütubətlilik dərəcəsinə malik sahələr üçün səciyyəvidir.
Coğrafiya terminləri lüğətiyun. hypo – altında + yun. limne – göl, bataqlıq
Dərin göllərin soyuq, oksigenin çox az olduğu qatı.
H.-da yaşıl bitki yoxdur, çünki ora, demək olar ki, atmosfer oksigeni çatmır. Bununla bələ, H.-da qışda temperatur müsbət olduğundan o, su hövzəsinin üst qatında yaşayan orqanizmlər üçün özünəməxsus müvəqqəti sığınacaq rolu oynayır.
Coğrafiya terminləri lüğətiyun. hypo – altında + yun. centrum – mərkəz
Yerin dərinliyində zəlzələnin bilavasitə baş verdiyi ocaq.
Bu ocağın dərinliyi müxtəlif ola bilər. Müşahidələr göstərir ki, adətən, zəlzələ H.-i Yerin 50-100 km-dən artıq olmayan qatında yerləşir. Lakin elmi araşdırmalar nəticəsində bu dərinliyin 300-700 km-ə çata biləcəyi müəyyən edilib.
See also:
Coğrafiya terminləri lüğətiHindistanda hond tayfasının Van rayonunun adından
Paleozoy erası ərzində və Mezozoyun əvvəlində Cənub yarımkürəsində böyük quru sahəsi.
H.-nın təxminən 750-510 mln. il əvvəl yarandığı, sonradan Pangeya supermaterikinin tərkibinə daxil olduğu və Mezozoy erasının əvvəlində (təxminən 200-180 mln. il qabaq) yenidən ondan ayrıldığı güman edilir. Növbəti tarixi mərhələdə H. Cənubi Amerika, Afrika, Avstraliya, Antarktida və qismən Asiya (Ərəbistan, Hindistan yarımadaları) qitələrinə bölünüb. H. termini 1885-ci ildə Avstriya geoloqu Eduard Züss tərəfindən təklif olunub.
See also:
Coğrafiya terminləri lüğəti