Gimnastika tipli idman növü və ya sirk sənəti.
Akrobatikaya akrobatik tullanmalar, iki, üç, yaxud dörd idmançı tərəfindən edilən qrup hərəkətləri və batutda tullanma daxildir. Akrobatikanın hər növü üzrə ayrı-ayrılıqda yarışlar keçirilir və idman dərəcələri verilir.

Fəal təlim üsullarından biri.
Şagirdlər 2 qrupa bölünüb biri digərinin içində olan dairələr şəklində otururlar. 1-ci qrup daxili (kiçik) dairədəki stullarda əyləşərək müəllimin təklif etdiyi problemi müzakirə edir. Böyük dairədəki stullarda əyləşmiş digər qrup isə diskussiyanın müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə edir. Vaxt bitdikdən sonra «xarici dairə»nin iştirakçıları diskussiyanın gedişini qiymətləndirir. 1-ci mərhələ bitdikdən sonra qruplar yerini dəyişərək bu və ya digər problemin müzakirəsini davam etdirir.
İbtidai siniflər üçün terminlər lüğətiKompüter proqramlarında müxtəlif əməliyyatları yerinə yetirmək üçün işlədilən alətlərin yerləşdiyi zolaq.
Bu alətlərin köməyi ilə verilənləri dəyişmək, rəsmlər çəkmək mümkündür. Alətlər zolağı, adətən, proqram pəncərəsinin solunda, yuxarı hissəsində və yaxud aşağısında yerləşir. Hər hansı aləti aktiv etmək üçün onun simgəsini seçmək lazımdır.
Qarşıya qoyulan məsələni həll etmək üçün vacib olan əməliyyatlar ardıcıllığı.
«Alqoritm» sözü böyük riyaziyyatçı əl-Xarəzminin adından yaranıb. Hər bir əməliyyat ayrılıqda alqoritmin addımıdır. Addımlar nizamlı olmalıdır. Alqoritmlər sözlə, işarələrlə, sxemlə verilə bilər. Addımların yerinə yetirilmə ardıcıllığına görə alqoritmlər üç növə ayrılır: xətti alqoritmlər, budaqlanan alqoritmlər, dövri alqoritmlər.
İbtidai siniflər üçün terminlər lüğəti