Düzgün yazılış forması hansıdır: xarakiri, yoxsa harakiri?
Harakiri. Azərbaycan dilinin son orfoqrafiya lüğətində (2021) "harakiri" və ya "xarakiri" sözü yer almayıb. Qaydaya görə alınma söz mənbə dildəki tələffüzünə görə yazılmalıdır. Yapon dilində bu söz "harakiri" kimi yazılır və tələffüz olunur. Bir çox Avropa dillərində də "harakiri" yazılır. "Xarakiri" bu sözün rus dilində yazılışıdır, çünki bu dildə "h" səsi və hərfi yoxdur. Ona görə də Azərbaycan dilində bu söz "harakiri" yazılmalıdır. Sözün sinonimi seppukudur.
Zənnimcə, bu heç də həmişə bu şəkildə öz əksini tapmır. Belə ki, auto İngilis dilində "auto" şəklində yazılıb tələffüz olunduğu halda, bizim dildə bu "avto"dur. Sual "v" hərfi necə peyda olub? Və ya "vedrə" sözü Rus dilindən alınmadır. Amma Rus dilində "ə" hərfi və sözü yoxdur. Koreya dilində nə "x" hərfi, nə də səsi var. Amma biz Pxenyan deyirik.
Mən deyərdim ki, sözlər heç də həmişə mənbə dilindəki tələffüzə görə yazılmır. Bu həmin sözün dilimizə hansı dildən keçməyindən aslıdır. İngilis dilində "bus", "bas" kimi tələffüz olunur. Bu söz dilimzə Rus dilindən keçib. Rus dilində isə avtobus olaraq tələffüz olunur. Bizim dildə müəyyən dövr Rus dilindən təsirlənmişdir. Buna görə də dilimizə də eyni ilə daxil olmuşdur.
Nəticə etibarilə razılaşıram ki, "Harakiri" olmalıdır. Texnologiya inkişaf edir. Sözün mənbə dilində necə yazılıb və tələffüz olduğunu öyrənməklə digər dillərdən keçməsinin qarşısı alınmış olur.