Reklam
Reklam

Team

Arif Əliyev

Arif Əliyev

"Yeni Nəsil" Jurnalistlər birliyinin sədri

1960-cı ildə Qazaxda anadan olub. Orta təhsilini Bakıda 82 nömrəli məktəbdə alıb. 1983-cü ildə M.V.Lomonosov adına MDU-nun jurnalistika fakultəsini bitirib.

1983-1986-cı illərdə Azərinformda, 1986-1988-ci illərdə «Molodyoj Azerbaydjana» qəzetlərində çalışıb. 1989-1994-cü illərdə «Xazar» jurnalının, «Turan» məlumat-nəşriyyat müəssisəsinin, «Svoboda» qəzetinin, prezidentin mətbuat xidmətinin işinə rəhbərlik edib, ali məktəblərdə «Jurnalist etikası»ndan dərs deyib. 1995-ci ildən «Yeni Nəsil» Jurnalistlər Birliynin sədri, 1998-ci ildən Bakı Mətbuat Klubunun baş direktorudur. Jurnalistikaya dair 9 kitabın («Jurnalist etikası», «Mediada debatlar», «Etnik münaqişələri işıqlandıran jurnalistlər üçün qlossari» və s.) tərtibçisi, müəllifi və həmmüəllifi, bir neçə irihəcmli bədii və elmi əsərin, terminoloji lüğətin tərcüməçisi və redaktorudur.