Ara söz, yoxsa cümlə?
Bir sıra ara sözlər cümlə şəklindədir: görünür, deyirlər, deyirəm, qəribədir, qəribə işdir, təəccüblüdür, maraqlıdır, qısaca desək, təsəvvür edirsən, kim bilir, inan, görürsən, bilmək istəyirsənsə və s. Bəzən bu ifadələri mürəkkəb cümlə komponentindən fərqləndirmək çətin olur. Amma bu bizim araşdırma obyektimiz deyil; fərqi yoxdur: istər ara söz olsun, istərsə də mürəkkəb cümlə komponenti – bu ifadələr vergüllə ayrılır:
Elmi ədəbiyyatda bu cür ara sözlər cümlə daxilində və ya cümlənin sonunda işləndikdə ara cümlə kimi təqdim olunur:
Ara söz və cümlələrlə yanaşı, mətnlərdə əlavə söz və cümlələrə də rast gəlinir. Bu sintaktik konstruksiyalarda fərqli durğu işarələrindən, daha çox mötərizədən istifadə olunur.
Bax: Əlavə cümlələrdə durğu işarələri: mötərizə, tire, vergül, nöqtə
Ara cümlə, yoxsa cümlə üzvü?
Bəzən cümlədə zərflik və ya tamamlıq cümlə şəklində ifadə olunur. Onlara predikativ sözlər də demək olar:
Bu cür ifadələrə feili tərkiblərdə də rast gəlmək mümkündür:
Ara cümlələrdən fərqli olaraq, bu ifadələr konkret cümlə üzvü ilə (adətən, xəbərlə) bağlı olur və aydın leksik məna daşıyır. Bu baxımdan predikativ cümlə üzvləri vergül tələb etmir.
Bununla belə, bu ifadələri ara cümlələrdən fərqləndirmək çətin olur. Bu hallarda ifadələrin cümlədə semantika və intonasiya baxımından xüsusiləşməsinə diqqət yetirmək lazım gəlir. Əgər xüsusiləşmə aydın hiss olunursa, vergül qoymaq məqsədəuyğundur:
Mənbə:
İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.