Orfoqrafiya qaydalarında deyildiyi kimi, qəzet, jurnal, əsər, kinoteatr, nəşriyyat, gəmi, orden, medal, şirkət və s. adları dırnaq içərisində yazılır: “Mədəniyyət” jurnalı, “Ayna” qəzeti, “Vaqif” pyesi, “Vətən” kinoteatrı, “Avey” məhdud məsuliyyətli cəmiyyəti və s.
Vasitəsiz nitqdə və sitatlarda dırnaq işarəsindən geniş istifadə olunur:
Bax: Vasitəsiz nitqdə və dialoqlarda durğu işarələri: qoşa nöqtə, tire, dırnaq, nöqtə, vergül
Bəzən vasitəsiz nitqdən əvvəl, müəllifin sözlərindən sonra qoşa nöqtə qoyulmaya da bilər, yəni vasitəsiz nitq vasitəli nitqdə olduğu kimi ki bağlayıcısı ilə də verilə bilər. Bu o deməkdir ki, obrazın, şəxsin nitqi olduğu kimi, təhrif olunmadan verilir:
Mətndə hər hansı sözün və ya cümlənin mənbədə olduğu kimi verildiyini nəzərə çarpdırmaq üçün həmin ifadə dırnaqda yazılır:
Cümlədə məcazi mənada işlənən söz və ifadələr:
Cümlədə kinayə ilə işlənən söz və ifadələr:
Hər hansı söz və ya söz birləşməsi müəyyən leksik vahid kimi vurğulandıqda dırnaqdan istifadə olunur.
Müqayisə et:
Dırnaq içərisində yazılan söz və ifadəyə qoşulan şəkilçi dırnaq xaricində, lakin ona bitişik yazılır:
Qeyd: Dırnaq içərisindəki ifadənin son sözündə k-y və ya q-ğ əvəzlənməsi baş verdikdə bu qayda mübahisə doğurur:
Düşünürük ki, belə halları istisna kimi qəbul etmək olmaz.
Bəzən mətnlərdə dırnaqda yazılan iki ifadədən biri o birini tamamlayır:
(İ.Əfəndiyev)
Belə ifadələrin sonunda dırnaq işarələrindən biri ixtisar olunur.
Aşağıdakı cümləyə nəzər yetirək:
“Proletariatın dahi rəhbəri” – kinayə ilə işlənmiş ifadə;
“Kapitalizm və “parlament” – Leninin məqaləsi (“parlament” sözü kinayə ilə işləndiyindən dırnaqda verilib). Mətn daxilində məqalənin adı dırnaqda verilib və “parlament” sözünün sonunda iki dırnaqdan biri ixtisar olunub.
“Qonorarı yemək üçün” – məqalədən sitat.
Mənbə:
İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.