Ümumi prinsip
Mürəkkəb cümlənin komponentləri arasında, əsasən, vergül işarəsindən istifadə olunur.
Mürəkkəb cümlə komponentləri arasında iki nöqtə, tire işarələrindən daha çox aydınlaşdırma əlaqəli mürəkkəb cümlələrdə istifadə olunur. Belə cümlələrdə tərkib hissələrindən biri ümumilik bildirir, ikincisi isə onu aydınlaşdırır, izah edir. Bu halda komponentlər arasında qoşa nöqtə, bəzən tire qoyulur.
İkinci cümlə birincidəki fikri dəqiqləşdirir, konkretləşdirir:
Cümlələrdən biri digərindəki bənzətməni açıqlayır, dəqiqləşdirir:
Bir çox hallarda ikinci komponent birincidəki hər hansı sözün mənasını açıqlayır:
Bir sıra hallarda birinci cümlə müəllif nitqi, ikinci cümlə vasitəli nitq kimi təqdim olunur:
Bəzən belə cümlələrin komponentləri arasında ki bağlayıcısından da istifadə etmək olur:
Bəzi hallarda aydınlaşdırma əlaqəli cümlənin komponentləri arasında yəni bağlayıcısından istifadə edilir. Belə olduqda bağlayıcıdan əvvəl vergül və ya nöqtəli vergül qoyulur:
Qoşa nöqtə, yoxsa nöqtəli vergül?
Bəzi cümlələrdə komponentlər arasındakı əlaqə aydınlaşdırmaya bənzəsə də, ikinci komponent birincidəki fikri konkretləşdirmir, sadəcə, möhkəmləndirir, davam etdirir, genişləndirir. Belə cümlələrin komponentləri arasında çox zaman nöqtəli vergül qoyulur:
Müqayisə et:
Birinci cümlədə ikinci komponent fikri davam etdirir, genişləndirir, ikincidə isə konkretləşdirir, “yavaş” sözünü açıqlayır.
Bir çox mənbələrdə deyilir ki, mürəkkəb cümlənin ikinci komponenti vergüllə müşayiət olunan sintaktik konstruksiyadan ibarət olduqda komponentlər arasında nöqtəli vergül qoyulur. Lakin yazı praktikası göstərir ki, mürəkkəb cümlənin tərkib hissələri arasında durğu işarələri bu cür formal cəhətlərdən deyil, komponentlər arasındakı məna əlaqəsindən asılı olur:
Belə bir fikir də var ki, tabesiz mürəkkəb cümlənin tərkib hissələrinin birində sadalanan cümlələr olduqda daha geniş fasilə olan (? – R.İ.) tərkib hissələri arasında nöqtəli vergül qoyulur:
Bununla belə, nəzərə almaq lazımdır ki, yazıda qoşa nöqtənin semantik funksiyalarından biri də ümumiləşdirici söz və ya fikirlə sadalanan komponentlər arasında əlaqə yaratmaqdır. Müqayisə:
Ümumiləşdirici sözlə həmcins cümlə üzvləri arasında:
Ümumi fikir bildirən cümlə ilə həmin fikri açıqlayan komponentlər arasında:
Bu baxımdan mürəkkəb cümlə komponentləri arasında nöqtəli vergülün işlənmə məqamları qeyri-müəyyənliyi ilə seçilir. Bir çox hallarda onu asanlıqla nöqtə və ya vergüllə də əvəz etmək olur:
Mənbə:
İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.