Reklam
Reklam
Topic: Dilçilik
Sub-Topic: Orfoqrafiya
The author: Rafiq İsmayılov

Rəqəmlə yazılan sayların şəkilçilərlə işlənməsi

 

Ərəb rəqəmləri ilə yazılan sıra saylarında -ıncı⁴ şəkilçisi ixtisar olunaraq -cı⁴ kimi yazılır:

birinci

1-ci

doqquzuncu  

9-cu

 

 

 

 Roma rəqəmləri sıra ifadə etdiyinə görə onlara -ıncı⁴ şəkilçisi artırılmır:

 

düzgün

yanlış

üçüncü   

III

III-

yeddinci  

VII

VII-ci

 

 

 

 

Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət, hal, xəbərlik şəkilçilərindən biri qoşulduqda həmin şəkilçi olduğu kimi yazılır:

onlardan yeddisi

onlardan 7-si

saat beşə kimi

saat 5-ə kimi

saat üçdür

saat 3-dür

 

 

 

 

Rəqəmlə yazılan saylara bir neçə şəkilçi qoşulduqda onların yazılış normaları ilə bağlı dəqiq qaydalar yoxdur. Bir çox hallarda bu saylarda mənsubiyyət şəkilçisi ixtisar olunur:

  • Almalardan üçünü götürdü.
  • Almalardan 3- götürdü.
  • Martın ikisində görüşəcəyik.
  • Martın 2-görüşəcəyik.
  • Tədbir ayın səkkizindədir.
  • Tədbir ayın 8-dədir.

Bəzi hallarda isə bu şəkilçilərin hamısı yazılır:

  • Bu gün ayın on ikisidir.
  • Bu gün ayın 12-sidir.

 

“Onlarla”, “yüzlərcə” kimi qeyri-müəyyən miqdar sayları yalnız sözlə yazılır:

düzgün

yanlış

onlarla

10-larla

yüzlərcə

100-lərcə

 

 

 

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.