“L” samiti ilə başlayan şəkilçilərin (-lı⁴, -lıq⁴, -lar², -la², -lan², -laş² və s.) yazılışı:
|
düzgün |
yanlış |
|
başlamaq |
başdamaq |
|
buxarlanmaq |
buxarranmaq |
|
dumanlı |
dumannı |
|
oğlanlar |
oğlannar |
-la şəkilçisi və ilə sözünün ixtisar formasının (-la, -lə) yazılışı:
|
düzgün |
yanlış |
|
qadınla |
qadınnan |
|
namusla |
namusnan |
|
səliqə ilə |
səliqəynən |
İsmin çıxışlıq hal şəkilçisinin (-dan, -dən) yazılışı:
|
düzgün |
yanlış |
|
babamdan |
babamnan |
|
vaqondan |
vaqonnan |
Yönlük hal şəkilçisi (-a, -ə, -ya, -yə) ilə işlənən sözlərin yazılışı:
|
düzgün |
yanlış |
|
baltaya |
baltıya |
|
dərəyə |
dəriyə |
Yerlik hal şəkilçisi (-da, -də) ilə işlənən sözlərin yazılışı:
|
düzgün |
yanlış |
|
Tədbir 07 noyabr 2021-ci il tarixdə keçiriləcəkdir. |
Tədbir 07 noyabr 2021-ci il tarixində keçiriləcəkdir. |
Ora, bura, hara sözlərinin hallanması
Ora, bura, hara sözləri ismin yönlük, yerlik və çıxışlıq hal şəkilçilərini qəbul edərkən çox zaman səsdüşümü baş verir. Görkəmli dilçi prof. Ə.Dəmirçizadə bunu yazıda da sabitləşmiş norma sayır (Müasir Azərbaycan dili. Fonetika, orfoqrafiya, orfoepiya. Bakı, Şərq-Qərb, 2007, s. 119):
|
Hallar |
düzgün |
|
|
Yönlük hal |
oraya |
ora |
|
buraya |
bura |
|
|
haraya |
hara |
|
|
Yerlik hal |
orada |
orda |
|
burada |
burda |
|
|
harada |
harda |
|
|
Çıxışlıq hal |
oradan |
ordan |
|
buradan |
burdan |
|
|
haradan |
hardan |
|
-vari şəkilçisi bəzən səhv olaraq -varı kimi yazılır:
|
düzgün |
yanlış |
|
buynuzvari |
buynuzvarı |
|
qalxanvari |
qalxanvarı |
|
yüngülvari |
yüngülvarı |
Həm sait, həm də samitlərin ahənginə görə dəyişən şəkilçilər:
Kar samitlə bitən sözlərdə:
|
-qı |
asqı |
|
-ki |
içki |
|
-qu |
pusqu |
|
-kü |
sürtkü |
Cingiltili samitlə bitən sözlərdə:
|
-ğı |
çalğı |
|
-gi |
sərgi |
|
-ğu |
qurğu |
|
-gü |
hörgü |
Kar samitlə bitən sözlərdə:
|
-qın |
satqın |
|
-kin |
bitkin |
|
-qun |
tutqun |
|
-kün |
ötkün |
Cingiltili samitlə bitən sözlərdə:
|
-ğın |
qırğın |
|
-gin |
əzgin |
|
-ğun |
yorğun |
|
-gün |
sürgün |
Kar samitlə bitən sözlərdə:
|
-qan |
çalışqan |
|
-kən |
sürüşkən |
Cingiltili samitlə bitən sözlərdə:
|
-ğan |
qudurğan |
|
-gən |
deyingən |
İstisnalar: alqı-satqı, asılqan. Lüğətlərdə səpki (üsul, tərz), səpgi (dəridə sızaq), əski (köhnə), əsgi (köhnə parça) kimi paronim sözlər yer almışdır. Qeyd etmək lazımdır ki, ərəb mənşəli “səbk” sözündən yaranmış “səpki”nin səbgi, türk mənşəli “səp” sözündən yaranmış “səpgi”nin isə səpki kimi verilməsi orfoqrafiya qaydalarına uyğun olardı. Əski//əsgi sözlərinin isə çoxmənalılığı göz qabağındadır. Ona görə lüğətə yalnız əski sözünü daxil edib onun (isim kimi) “köhnə parça” mənasını verməklə kifayətlənmək olardı.
Mənbə:
İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.