Erməni alimləri yekdilliklə “xaç” sözünün erməni mənşəli olduğunu iddia edirlər, lakin bu leksik vahidin kökünü, etimoloji inkişaf yolunu ortaya qoymurlar. Hətta XX əsrin tanınmış erməni etimoloqu Qraçya Açaryan da “խաչ” (“Xaç”) adlı məqaləsində standart formuldan istifadə edir: “ծագումը անհայտ է”, yəni “mənşəyi məlum deyil”. Belə çıxır ki, bu söz erməni dilinə məxsusdur, lakin onun mənşəyi müəyyənləşdirilməyib. Bu, yumşaq desək, qeyri-elmi yanaşma sayıla bilər.
Qraçya Açaryan öz tədqiqatlarında adətən ciddi və asanlıqla yoxlanıla bilən tarixi-dilçilik metoduna sadiq qalır. Əgər hər hansı söz, həqiqətən, erməni mənşəlidirsə:
1. Onun kökünü tədqiq edir; sözü hind-Avropa kökləri ilə bağlayır;
2. Paralellər aparır (yunan, latın, sanskrit, İran dilləri ilə);
3. Semantikanı və sözün inkişafını izah edir.
Məsələn, “մայր” (ana), “ջուր” (su), “այր” (ər, kişi) və digər sözlərdə Açaryan məhz bu metoddan faydalanır.
Lakin “խաչ” (xaç – çarmıx, xaç) sözünə gəldikdə, o:
Beləliklə, Açaryanın fikrincə, “xaç” sözü qədim erməni mətnlərində rast gəlinən dini termindir, lakin etimologiyası qeyri-müəyyəndir.
Gəlin indi digər xristian xalqlarında “xaç” sözünün necə səsləndiyinə nəzər salaq (nədənsə onlar ermənilərdən “xaç” sözünü götürməyiblər... qəribə deyilmi?):
Gürcücə: ჯვარი (jvari)
Yunanca: σταυρός (staurós)
İtalyanca: croce
İngiliscə: cross
Suriya (siro-arami): ܨܠܝܒܐ (ṣlibā)
Farsca (İran): صلیب (salīb)
Göründüyü kimi, yuxarıdakı nümunələrin hamısında “xaç” anlayışı fərqli sözlərlə ifadə olunub, Türklərin və digər bəzi etnik qrupların yaşadıqları coğrafiyalar istisna olmaqla, heç bir yerdə “xaç” sözü işlənmir. Bunu aşağıdakı nümunələrdən də aydın görmək mümkündür:
Azərbaycan: xaç
Türkiyə: haç
Qazaxıstan: хач
Qırğızıstan: хач
Türkmənistan: haç
Tatarıstan: хач
Başqırdıstan: хач
Uyğur bölgəsi: haç
Qaqauziya: haç
Udilər: haç / хач
Ləzgilər: хач
Dağıstan: хач
Yakutlar: хаач
Altaylılar: хач / кач
Xakaslar: хач
Türklərin arealı Qafqazdan, Qaqauziyadan Sibirədək uzanır və bu, təxminən 11 milyon km²-lik nəhəng ərazi deməkdir. Belədə, az qala, Avropa ilə eyni ölçüyə malik bir ərazidə yayılmış dini termini, sadəcə, “bir xalqın dilindən götürülmüş söz” kimi necə izah etmək olar? Heç cür!
Türk dillərində xača kökü mövcuddur və “çarpazlama, kəsişmə” mənasındadır. Elə türk etnolinqvistik mənbələrində də “xaça/xaçı” sözləri çuvaş, tuva və s. dillərdə Azərbaycan dilindəki “qayçı” sözünün variantları kimi göstərilir. Doğrudan da, açıq vəziyyətdəki qayçı – xaça oxşayır. Semantik və morfoloji baxımdan xaç sözünün “çarpaz” mənasını çıxarmaq mümkündür (xayçı → xayç → xaç).
“Советская тюркология” jurnalında da “xaca — qayçı”, xaçmar isə arı şanında çarpaz şəkildə yerləşdirilmiş çubuqlar, yəni kəsişən taxtalar kimi qeyd olunur.
Azərbaycan dilində, eləcə də müxtəlif dialektlərdə “xaca” (haça) iki taxta parçasının xaçvari (X) formada birləşdirilməsini ifadə edir. Bu cür konstruksiya hesabına eyvanlar (artırmalar), yaxud karkaslar yığılırdı; çarpaz tirlər hər hansı tikilini daha möhkəm və dayanıqlı edirdi.
Beləliklə, “xaç” sözünün semantik inkişaf yolunu aşağıdakı kimi sıralamaq olar:
Beləliklə, “xaç / xaca” – ilk növbədə müəyyən bir formanı, sonra isə məişət vasitəsini ifadə edir. Hər hansı əşyanın adı isə onun formasından yaranır, hansısa dini simvoldan yox. Dini məna həmişə sonradan ortaya çıxır. Müəyyən bir dildə yazılmış qədim mətndə məhz dini mənanın ön plana çıxması həmin sözün etnik mənşəyini müəyyənləşdirmir. Bəzən canlı dil və gündəlik təcrübə ensiklopediyalardan daha çox şey deyir.
Nəticə etibarilə, kökü xaç olan türk sözləri (qayçı, xaçmar və s.) məişətdə işlənən sözlərdir, müasir dildəki xaç sözü isə dini termindir. Etimoloqlar yaxşı bilirlər ki, əksər terminlərin kökündə məhz məişət məzmunu dayanır.
Ümumiyyətlə, nəyisə götürüb özlərinə sərf edən şəklə salmaq və bundan özləri üçün bir etiket düzəltmək erməni elminə xas xüsusiyyətdir. Halbuki müdriklərin dediyi kimi, həqiqi elm – etiketlərin bitdiyi yerdə başlayır.