1. Bütün olmayan, naqis, natamam, çatışmayan. □ Üç manatdan otuz qəpik əskik. Parça 3 santimetr əskikdir. Ocaqdan kül əskik olmaz. (Atalar sözü). Bəhanəçiyə bəhanə əskik olmaz. (Atalar sözü).
2. Nöqsanlı, qüsurlu, eyibli, çatmayan, yarımçıq, alçaq, pis, əskiklik gətirən. □ Onun ağlı bir qədər əskikdir. Əskik söhbətlər.
3. Başqasından az, kiçik, alçaq, aşağı. □ Sənin boyun onunkundan bir az əskikdir. Onun pulu mənimkindən əskikdir.
4. Vulqarizm. Qiymətsiz, dəyərsiz. □ Əskik adamdır.
5. İsim kimi: əskik gələn miqdar, çatışmayan miqdar, tam olmaq üçün əlavə edilməli olan miqdar, çatışmayan şey, gərəkliyi duyulan şey, əgər-əskik. □ Əskiyi doldurmaq. Əskiyi çoxdur. Onun da beş manat əskiyi var. Evin əskiyi qurtarmır.
Həmçinin bax: