fr. cartel, it. cartello < it. carta – kağız, sənəd
İnhisarçı birlik və müqavilə forması.
Daha sabit və dayanıqlı inhisarçı birliklərdən (trest, konsern, sindikat) fərqli olaraq K.-ə daxil olan hər müəssisə öz maliyyə və istehsal müstəqilliyini saxlayır. K. sazişi, bir qayda olaraq, eyni sahəyə aid müəssisələr arasında qiymətləri, satış bazarlarını, məhsulun həcmini və satışını tənzimləmək məqsədilə imzalanır. K.-in əsas məqsədi bazarda hökmran mövqeyi ələ keçirmək olur. Bu səbəbdən bir sıra ölkələrdə antiinhisarçı qanunvericilik çərçivəsində K.-lərin fəaliyyəti yasaqlanıb.
Tarix terminləri lüğəti