ital. breccia – çınqıl, qırıntı
Ölçüsü 1 sm və daha böyük itibucaqlı müxtəlif süxur qırıntılarının bir yerdə sementləşməsindən əmələ gələn süxur.
B.-dakı qırıntılar petroqrafik tərkiblərinə görə bircinsli, yaxud müxtəlifcinsli olur. B. ekzogen, vulkanik, tektonik və s. proseslər nəticəsində əmələ gəlir.
Coğrafiya terminləri lüğəti