Reklam
Reklam

İbtidai siniflər üçün terminlər lüğəti

burulğan

1. Buruq-buruq dönərək qar və ya yağışla qarışıq əsən şiddətli külək; fırtına.

Burulğan zamanı hava sütun və ya qıf formasında fırlanaraq hərəkət edir. Burulğanın diametri bir neçə metrdən bir neçə yüz metrə çatır.

2. Suyun axında qapalı dairə üzrə fırlanan hərəkəti.

Belə burulğanlar çayların qarışması, yatağın genişlənməsi, axının maneəyə rast gəlməsi və s. nəticəsində yaranır. Suyun fırlanma sürəti böyük olduqda burulğanlar bəzən yüz metrlərlə dərinliyə enir. Burulğanlar kiçik gəmi və qayıqları sorub dərinliyə apara bilər.

İbtidai siniflər üçün terminlər lüğəti